Miribiş ağanın nəvəsi: O papağın 80 yaşı var, qaloş deyilməsi xətrimizə dəyir - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |    

Miribiş ağanın nəvəsi: O papağın 80 yaşı var, qaloş deyilməsi xətrimizə dəyir - VİDEO

Sosial şəbəkələrdə paylaşılan “Qaloş piri” ilə bağlı görüntülər seyid Miribiş ağanın nəvələrinin hiddətinə səbəb olub.

Onun nəvələrindən biri – İsmayıl Məmmədov oxu.az-a açıqlamasında bildirib ki, babalarının papağının qaloş kimi təqdim olunması xoşlarına gəlmir.

İ.Məmmədovun sözlərinə görə, Goranboyun Qurbanzadə kəndinin sakini olmuş Miribiş ağa 1972-ci ildə vəfat edib.

Hər il seyidin vəfatı günü, yəni iyunun 8-də onun evində ehsan verilir. Sosial şəbəkələrdə paylaşılan görüntülər də həmin gün çəkilib. İnsanların inancına görə, əməlisaleh seyidin əşyalarına toxunmaq sağlamlıqla bağlı bir çox müşkülləri aradan qaldırır. Həmin mərasimdə isə niyyəti olanlar Miribiş ağanın papağına toxunurmuşlar.

“Azərbaycanda bu qədər seyid ocaqları, ziyarətgahlar var. Hamı ziyarət edir, oradan nicat tapır. Atamızın, babamızın papağına qaloş deyilməsi bizə çox pis təsir edir. Bu papağın 80 yaşı var. Həmin gün papağı mühafizə etmək üçün sellofana qoymuşduq ki, insanlar hər dəfə əlini çəkəndə xarab olmasın. Bizi tənqid və təhqir edənlər əvvəlcə gəlib bizi tanısınlar, dönüb özlərinə baxsınlar ki, kimdirlər, sonra belə danışsınlar”, - deyə İ.Məmmədov əlavə edib.

Qeyd edib ki, evdə Miribiş ağanın əşyaları olduğu kimi qorunur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 454 11.06.19 15:25