Paytaxtın Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Median.Az-ın APA-ya istinadən xəbərinə görə, rayonun Bakıxanov küçəsindən yolun piyadalar üçün nəzərdə tutulmuş hissəsindən keçərkən 1995-ci il təvəllüdlü Hüseynova Jalə Tapdıq qızını naməlum markalı avtomobil vurub. Sürücü hadisə yerindən qaçıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.