Gəncə şəhərində 14 yaşlı oğlunu döyən ata barəsində cinayət işi başlanılıb.
Median.Az-ın məlumatına görə, bu barədə "Report"un Qərb Mərkəzinə DİN Mətbuat xidmətinin Gəncə Regional qrupundan məlumat verilib.
Bildirilib ki, iyunun 3-də 14 yaşlı oğlunu taxta ilə döyən 1972-ci il təvəllüdlü İlham Məmmədov polis tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, İ.Məmmədov sərxoş halda yeniyetmə övladını taxta parçası ilə döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.