"Rusiya vətəndaşı xəstəxanaya çatdırılanda ürəyi dayanmışdı" - "Ege Hospital"dan açıqlama » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |    

"Rusiya vətəndaşı xəstəxanaya çatdırılanda ürəyi dayanmışdı" - "Ege Hospital"dan açıqlama

"Ege Hospital” xəstəxanada əməliyyat zamanı ölüm hadisəsi baş verdiyi xəbəri ilə bağlı məlumat yayıb.

Azxeber.com-a daxil olan məlumatda bildirilir ki, yayılan xəbərlər əsassızdır: "Nəzərinizə çatdırmaq istəyirik ki, Rusiya respublikasının vətəndaşı 1958-ci il təvəllüdlü Yadrişnikova Lyudmila Timofeyevna 07.06.2019-cu il tarixində "Ege Hospital”-ın təcili yardımına ürək dayanması diaqnozu ilə çox ağır vəziyyətdə çatdırılıb. Peşəkar həkimlərin tibbi müdaxiləsi nəticəsində xəstənin ürək fəaliyyəti bərpa olunub. Lakin xəstənin ümumi vəziyyətinin çox ağır olması səbəbindən bir neçə saat sonra dünyasını dəyişib. Qeyd etmək istəyirik ki, müvafiq şəxsə "Ege Hospital”-da heç bir əməliyyat icra olunmayıb".

Xəstəxananın yaydığı məlumatda o da bildirilir ki, Yadrişnikova Lyudmila Rusiya Respublikasında onkoloji müalicə alıb, lakin müalicənin heç bir faydası olmadığından həmin şəxsə Rusiya respublikasında edilən tibbi müdaxilələr dayandırılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 364 10.06.19 15:34