Bakıda neft qurğusunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın Səbail rayonunda Xəzər dənizində (sahilə yaxın ərazidə) “Xəzər-3” qurğusunda söküntü işləri aparılan zaman baş verib.
Yanğın nəticəsində 50 m² sahədə yağ və mazut qalıqları yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.