Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki-leytenantı Knyaz Həsənov işdən azad olunaraq Şabran rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini təyin edilib.
Nazirin digər əmrə əsasən, polis mayoru Nəvayi Qasımov Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavin təyin edilib.