“Bakının Qız qalası” əsəri Sotheby’s hərracında yüksək qiymətə satıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |    

“Bakının Qız qalası” əsəri Sotheby’s hərracında yüksək qiymətə satıldı

Alman rəssam Paul fon Frankenin “Bakının Qız qalası” əsəri Londonda Sotheby’s hərracında 225 min funt sterlinqə satılıb.

Oxu.Az-ın məlumatına görə, əsərin başlanğıc qiyməti 60 min funt sterlinq olsa da, əqd zamanı qiyməti 3,75 dəfə yüksəlib. Şəklin alıcısı naməlumdur.

Bu Azərbaycana həsr olunan və məşhur Sotheby’s hərracında satılan ilk lot deyil. Müxtəlif illərdə bu hərracda Azərbaycana aid xalılar, heykəlciklər və digər sənət əsərləri satılıb.
Alman rəssam Paul fon Franken Qafqazı tərənnüm edən rəssam kimi tanınır. Onun 1853-1862-ci illərdə Qafqaza səfəri bir çox rəngkarlıq əsərlərinin yaranması ilə nəticələnib.

Son romantiklər nəslinin nümayəndəsi olan Frankeni Yaxın Şərqin ekzotik gözəlliyi cəlb edirdi. Rəssam bu əsərdə tarixi dəqiqliyi əks etdirməyə özünə məqsəd qoymamışdı, Şərqin sirli atmosferini əks etdirmək çalışmışdı. 
Əsirlər boyu əfsanə və nağılların baş qəhrəmanı olan Qız qalası rəssamın da marağını cəlb edib və o dəniz sahilindəki bu möhtəşəm gözəlliyi xəyal dünyasından süzərək, ay işığının fonunda təsvir edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 460 05.06.19 22:59