Məşhur illüziyaçı Tofiq əmi valideynlərə səsləndi: ”Uşaqlara qadağa qoymayın” - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |    

Məşhur illüziyaçı Tofiq əmi valideynlərə səsləndi: ”Uşaqlara qadağa qoymayın” - VİDEO

"ARB Günəş"in efirində yayımlanan "Kiçikdən-böyüyə" verilişinin qonaqları məşhur illüziyaçı Tofiq İsgəndərli ilə 13 yaşlı Aslan olub.

Median.Az
xəbər verir ki, Tofiq İsgəndərli uşaq vaxtı nadincliyindən peşmançılıq çəkdiyini bildirib:

"Düzdür, məktəb vaxtı əlaçı olmuşam, amma bir az da yaxşı oxuyardım. Uşaq vaxtı çox nadiclik edirdim, valideynlərimi, qohum-qonşunu incidirdim. İndi olsa, bunların heç birini etməzdim".

Aslan Tofiq əmiyə "Uşaqlara qadağa qoymaq olarmı?" sualını ünvanlayıb.

İllüziyaçı isə cavabında bildirib ki, uşaqlara qətiyyən qadağa qoymaq olmaz:

"Uşaq vaxtı valideynlərim heç kimə yox, təkcə mənə qadağa qoyub. Küçədə gəzməyi, kinoya getməyi mənə qadağan edirdilər. Amma mən bu qadağalara əməl etmirdim. Fikrimcə, uşaqlara qətiyyən qadağa qoymaq olmaz, çünki uşaqlar qadağa qoyulan şeylərə daha çox meyl edir. Sadəcə uşağa başa salmaq lazımdır ki, bu olar, bu olmaz".

"Kiçikdən-böyüyə" verilişi hər həftənin cümə günü saat 18:45-də "ARB Günəş"də yayımlanır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 322 04.06.19 20:35