Bakıda məktəblilərin vurulması: Sükan arxasında 84 yaşlı sürücü olub - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |    

Bakıda məktəblilərin vurulması: Sükan arxasında 84 yaşlı sürücü olub - VİDEO

Bakıda məktəblilərin vurulması ilə bağlı ağır yol-nəqliyyat hadisəsinin yeni təfərrüatları məlum olub.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, məlumatın mətbuatda yayılmasından sonra polis orqanları məsələ ilə bağlı araşdırma aparıb.

Məlum olub ki, görüntüdə əks olunan hadisə ötən ilin sentyabrın 19-da günorta saatlarında Nəsimi rayonu H.B.Əliyev küçəsində qeydə alınıb.

Belə ki, 1935-ci il təvəllüdlü Binəqədi rayon sakini Qurban Əhmədov idarə etdiyi “VAZ 2107” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan yolu keçmək istəyən məktəbliləri vuraraq digər avtomobilə sıxmaqla yol-nəqliyyat hadisəsi törədib.

Hadisə nəticəsində məktəblilərdən biri yüngül, digəri az ağır bədən xəsarətləri alıb (sümük sınıqları).

Faktla bağlı Nəsimi RPİ-də müvafiq təhqiqat –istintaq araşdırmaları aparılmaqla, yol-nəqliyyat ekspertizası təyin edilib.

Araşdırmalar nəticəsində sürücünün sərxoş olmadığı müəyyən olunub.

Aparılan araşdırma zamanı hər iki azyaşlının valideynləri ərizə ilə müraciət edərək onlara dəymiş ziyanın tam ödənilməsi səbəbindən, övladlarının sağlamlıqları ilə bağlı xəsarətlərin aradan qalxmasına görə, şikayət və tələblərinin olmadığını bildiriblər.

Qanunvericiliyə uyğun olaraq, toplanmış materiallar üzrə başlanmış cinayət işinə xitam verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 261 04.06.19 19:40