Qubanın Cimi kəndində üç yaşlı uşağı xilas edən 12 yaşlı Dəyanət İsrafilov mükafatlandırılıb.
Median.Az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, may ayının 22-də üç yaşlı Qızbikə Abdullayevanın Cimi çayında boğulduğunu görən Dəyanət dərhal özünü suya ataraq azyaşlını boğulmaqdan xilas edib.
Quba Rayon İcra Hakimiyyəti azyaşlı ilə görüşərək ona qiymətli hədiyyələr, pul və göstərdiyi şücaətə görə diplom təqdim ediblər.