Azərbaycanda yeni qurum yaradılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |    

Azərbaycanda yeni qurum yaradılır

Azərbaycanda qoruqlara bağlı yeni qurum yaradılır.

Bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, publik hüquqi şəxs qismində yeni qurum - Dövlət Turizm Agentliyinin tabeliyində Qoruqları İdarəetmə Mərkəzi olacaq:

“Hazırda Nazirlər Kabinetində bu məsələyə baxılır. Qoruqların həmin mərkəz vasitəsilə idarə olunması təklif edilir. İstəyirik ki, proseslər şəffaf keçsin. Qoruqlarda turniketlər quraşdırılacaq və biz qoruqların bütün gəlirlərini görəcəyik. Həmin mərkəzin gəlirləri ehtiyacı olan başqa qoruqların inkişafı üçün yönəldiləcək”.

Hazırda Dövlət Turizm Agentliyinin tabeliyində 7 qoruğun fəaliyyət göstərdiyini deyən Agentlik sədri qeyd edib ki, qoruqların bəzilərində müəyyən işlərin görülməsinə ehtiyac var:

“Yanardağ”da həm muzey, həm uşaqlar üçün əyləncə məkanları, kafe, 500 nəfərlik amfiteatr yaradılıb. “Atəşgah”ı da turistlər üçün cəlbedici etmək məqsədilə orada nələrsə yaradılır. Yaxın zamanlarda orada muzey, uşaqlar üçün əyləncə məkanı yaradacağıq. Eyni zamanda, əcnəbi turistlər üçün qiymətləri bir qədər yüksəltməyi nəzərdə tuturuq. Bu qoruqlara giriş 18 yaşa qədər uşaqlar üçün pulsuz, yerli əhali üçün 2 manat olacaq. Amma əcnəbilər üçün qiyməti bir qədər fərqləndirmək istəyirik. Bu təcrübə başqa ölkələrdə də var”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 095 04.06.19 12:22