Lənkəranın “balıq cənnəti”: Burda hər il milyonlarla balıq yetişdirilir - FOTO/VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |    

Lənkəranın “balıq cənnəti”: Burda hər il milyonlarla balıq yetişdirilir - FOTO/VİDEO

Lənkərandakı Kiçik Qızılağac Balıqartırma təsərrüfatı balıq ehtiyatlarının azalmasının qarşısını almaq üçün uzun illərdir fəaliyyət göstərir. Müəssisə bu il təbii və süni yolla yetişdirdiyi 120 mln körpə balığı Xəzər dənizinə buraxıb.

Lənkəranda 1956-cı ildən fəaliyyətə başlayan Kiçik Qızılağac Balıqartırma təsərrüfatı uzun illər yalnız təbii balıqartırma ilə məşğul olub. Paralel olaraq kütüm balıqlarının süni yolla çoxaldılmasına isə 1980-ildən başlanılıb.


Belə ki, 10-15 günlük körpə kütümlər dairəvi hovuzlarda bir neçə gün təbii yemlərlə qidalandırılır. Daha sonra körpə balıqlar Xəzər dənizinə, yaxın ərazidəki balıqkeçici kanallara buraxılır. Orada da yemləməni davam etdirən işçilər prosesə nəzarət edirlər ki, körpə balıqlar tələf olmasınlar.

Təsərrüfat həmçinin Liman kanalında 4 növ balığı təbii yolla artırır. İlin əvvəlində təmir-törədici fondu yaradılan müəssisədə təbii törədici balıqlar da yetişdirilməyə başlanılıb. Tələbat çox olduğu üçün kütüm balıqlarının artırılmasına xüsusi diqqət göstərilir. Hər il körpə törədicilər milyonlarla sayda artırılaraq dənizə buraxılır.

Təmir-törədici balıq fondu gələcəkdə kütüm və çəkikimilərin törədicilərinin 40-45 milyona çatmasına imkan verəcək.











//oxu.az

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 345 04.06.19 12:14