Diqqət: Kartofdan zəhərlənə bilərsiniz (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |    

Diqqət: Kartofdan zəhərlənə bilərsiniz (VİDEO)

Faydalı elemenlərlə zəngin olan kartof gündəlik qida rasionumuzda xüsusi yer tutur. Lakin kartof faydalı olduğu qədər də, bəzi hallarda təhlükəli də ola bilir. Söhbət ondan gedir ki, kartofun qabığında əmələ gələn yaşıl təbəqə zəhərlənməyə gətirib çıxara bilir. Bununla bağlı əməkdaşlarımız qida mütəxəssisləri ilə danışıblar. Mütəxəssisin tövsiyyə və xəbərdarlıqlarını siz də dinləyin.

Bəzi vətəndaşlar özləri də bilmədən kartofdan zəhərlənə bilərlər. Söhbət ondan gedir ki, qabığında yaşıl rəng və cücərmə əmələ gələn kartof insan orqanizmində ciddi problemlər yarada bilər...

Nəinki istehlakçılar, kartof satışı ilə məşğul olanlar da məsələnin ciddiliyinin fərqində deyillər. Onlar bu yaşıllığın təbii hal olduğunu və günəş şüalarından yarandığını deyirlər.

Qida mütəxəssisləri deyirlər ki, günəş şüaları kartofun qabığını yaşıllaşdırır və tərkibində xlorofil artır. Bu isə solanin adlanan maddənin əmələ gəlməsinə səbəb olur. Qida Təhlükəsizliyi İnstitutunun keyfiyyətə nəzarət şöbəsinin aparıcı mütəxəssisi Vüqar İsmayılzadə bildirir ki, kartof tamamilə yaşıl rəngdədirsə, istehlak üçün yararsızdır.

Kartofda əmələ gələn solanin maddəsi insan orqanizmində bir sıra fəsadlara yol aça bilər.

Əgər kartofun üzərində yaşıl nöqtələr kiçikdirsə və həmin hissələri bıçaqla kəsərək qoparmaq mümkündürsə, qida kimi qəbul etmək olar. Mütəxəssislər onu da qeyd edirlər ki, kartofu solanin maddəsindən qorumaq üçün mütləq şəkildə qaranlıq və sərin yerlərdə saxlamaq lazımdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 331 03.06.19 23:37