Leyla Əliyeva Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində uşaqlar üçün keçirilən bayram tədbirində iştirak edib - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |    

Leyla Əliyeva Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində uşaqlar üçün keçirilən bayram tədbirində iştirak edib - FOTO

İyunun 3-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində "Gözəl bir gün" adlı bayram tədbiri keçirilib. Tədbir Yaradıcılıq Mərkəzi tərəfindən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) iştirakı ilə təşkil edilib.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova tədbir haqqında məlumat verib. O bildirib ki, bayram tədbiri Xalq yazıçısı, görkəmli kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun eyni adlı hekayəsi ilə adlandırılıb. Uşaqlar bizim gələcəyimizdir. Onların bayramı hər kəsin bayramıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbirdə çıxış edərək deyib ki, uşaq siyasəti Azərbaycanın dövlət siyasətinin ən vacib istiqamətlərindən biridir. Ölkəmizdə uşaqların müxtəlif sahələrdə problemlərinin həlli ilə bağlı mühüm sənədlər qəbul olunub. Bu gün Azərbaycanda uşaqların inkişafı üçün bütün imkanlar yaradılıb. Böyüməkdə olan nəslin sağlam, firavan, xoşbəxt yaşaması Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətindədir.

Yaradıcılıq mərkəzinə AQUPDK tərəfindən diplom təqdim olunub.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Riad Qasımov bildirib ki, uşaqların gələcəyi dövlətin əsas prioritetindən biridir. Ölkə rəhbərliyi bu məsələyə həssaslıqla yanaşır. Dövlət siyasətinin əsas istiqamətlərindən biri uşaqların təhsilinin, sağlamlığının, asudə vaxtının səmərəli keçirilməsinin təmin edilməsidir.

YARADAN Yaradıcılıq Birliyinin rəhbərləri Nigar Rzayeva və Vüsalə Rzayeva uşaqları bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıblar. Onlar ölkəmizdə uşaqların təlim-tərbiyəsi və sağlam böyümələri istiqamətində görülən işlərdən danışıblar.

Tədbirdə "İstedArt" və "Yaradan uşaqlar" layihələrindən qırxdan çox uşaq iştirak edib.

Sonra uşaqlar istedadlı gənc rəssamlar, musiqiçilər, fotoqraflar və xoreoqrafların təşkil etdikləri ustad dərslərində, əyləncəli oyunlarda, musiqili yarışmalarda iştirak ediblər.

Uşaqlara Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hədiyyələr paylanılıb.

Qeyd edək ki, "Yaradan uşaqlar" YARADAN Yaradıcılıq Birliyinin 12 yaşdan 16 yaşa qədər, əlilliyi olan uşaqlar da daxil olmaqla, aztəminatlı ailələr, internatlar və sığınacaqlardakı uşaqların bacarıqlarının aşkar edilməsi, inkişafı və həyata keçirilməsi üçün şəraitin yaradılmasına yönəlmiş layihədir.

"İstedArt" isə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən inkişaf xüsusiyyətləri olan uşaqların və valideynləri olmayan uşaqların bacarıqlarının, yaradıcı tərəflərinin kəşf edilməsi məqsədilə həyata keçirilən layihədir.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            964 03.06.19 20:31