Azərbaycandan ABŞ-a aviareyslər dayandırılır - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |    

Azərbaycandan ABŞ-a aviareyslər dayandırılır - AÇIQLAMA

Azərbaycandan ABŞ-a aviareyslər dayandırılır.

Azərbaycan Hava Yolları Şirkətindən (AZAL) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ABŞ-ın aviasiya sənayesi bazarındakı problemlərlə əlaqədar olaraq milli aviadaşıyıcı bu il təyyarə parkını artıra bilməyib.

Qeyd olunub ki, bu səbəbdən AZAL aviaşirkətinin marşrut şəbəkəsində kommersiya cəhətdən ən rentabelli istiqamətlərin saxlanılması qərara alınıb:

“Bu istiqamətlər üzrə aviareyslər Heydər Əliyev Beynəlxalq Aeroportundan tranzit habı kimi istifadə olunması və ölkəmizə böyük turist axınının cəlb edilməsi üçün geniş imkanlar yaradacaq. Yuxarıda sadalanan halları nəzərə alaraq, 2019-cu ilin oktyabrından etibarən Nyu Yorka aviareyslərin dayandırılmasını məqsədəuyğun hesab etdik”.

AZAL-dan onu da bildiriblər ki, 2016-cı ildən etibarən Azərbaycan və ABŞ arasında “Open Skies” (Açıq Səma) aviasiya sazişi qüvvədədir və bu saziş hər iki ölkənin aviaşirkətlərinə iki ölkə arasında qeyri-məhdud sayda uçuşlar həyata keçirməyə imkan verir:

“Ümid edirik ki, ABŞ aviaşirkətləri bu imkandan faydalanacaq və Bakıya birbaşa aviareyslər açacaqlar”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 199 01.06.19 14:53