Gəncə şəhərində 29 yaşlı gənc qızı avtomobil vurub.
Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Günel Məmmədova yolu qarşı tərəfə keçmək istəyərkən avtomobil onu vurub. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.