Dövlət ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün elektron sənəd qəbulu iyunun 24-də başlayacaq.
Bunu Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini Murad Camalzadə mayın 31-də media nümayəndələri üçün təlimdə deyib.
Onun sözlərinə görə, sənəd qəbulu 10 gün davam edəcək:
“Müsabiqənin aktiv mərhələsi avqustun 26-da başa çatacaq. Ötən il ölkədə 39 137 şəxs test imtahanı mərhələsində iştirak edib”.
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə sənəd qəbulunun vaxtı da açıqlanıb.
M.Camalzadə deyib ki, müsabiqəyə sənəd qəbulu iyunun 3-də başlayacaq:
“Ərizə qəbulu iyunun 10-dək aparılacaq, ümumilikdə proses iyunun 24-nə kimi davam edəcək”.
//oxu.az