Vəkil: "Biz bilet alınmasına baxmayaraq, Fuad Abbasovun deportasiyasına yol verməyəcəyik" » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |    

Vəkil: "Biz bilet alınmasına baxmayaraq, Fuad Abbasovun deportasiyasına yol verməyəcəyik"

“Azərbaycanlı jurnalist Fuad Abbasovun sabah - mayın 31-də guya Rusiya ərazisindən deportasiya olunacağı barədə xəbərin heç bir əsası yoxdur”.

Median.Az
xəbər verir ki, bunu “Report”a jurnalistin vəkili Teyub Şərifov müvəkkilinin deportasiyasına dair dərc olunan xəbəri şərh edərkən bildirib.

Vəkil müvəkkilinin Rusiya ərazisindən çıxarılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmamasına görə bunun mümkün olmadığına dair aidiyyəti qurumlara müvafiq qaydada sənədləri təqdim etdiyini deyib: “Bu gün Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti Korolyov şəhəri üzrə idarəsinin Əcnəbilərin Müvəqqəti Saxlama Mərkəzinə baş çəkərkən Fuad Abbasovun deportasiya olunmasına dair Moskva vilayəti Ximki Şəhər Məhkəməsinin müvafiq qərarının qanuni qüvvəyə minnməsi, artıq Azərbaycana təyyarə biletinin də alınması əsas gətirməklə mayın 31-də onu, həqiqətən də, göndərməyə hazırlaşdıqlarına şahid oldum. Lakin biletlərin kim tərəfindən alındığı barədə verdiyim sual Mərkəz rəhbərliyi tərəfindən cavabsız qaldı. Həmçinin Ximki Şəhər Məhkəməsinin 16 may tarixli sözügedən qərarına verdiyimiz şikayətin Moskva Vilayət Məhkəməsi Mülki İşlər Kollegiyası tərəfindən iyun ayının 6-da baxılacaq”.

Qeyd edək ki, Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb. Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb. Mayın 16-da Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 720 30.05.19 21:34