Qaxda güclü külək fəsadlar törədib.
Median.Az-ın oxu.az-a istinadən xəbərinə görə, təxminən 10 dəqiqə davam edən külək irigövdəli ağacları aşıraraq elektrik naqillərini qırıb. Nəticədə rayonun Turaclı, Tasmalı, Lələli, Zəyəm və Qorağan kəndləri işıqsız qalıb.
Hazırda həmin ərazilərdə Qax Elektrik Şəbəkənin əməkdaşları tərəfindən elektrik enerjisinin bərpası üçün işlər aparılır.