Bulvardan yayılan video ilə bağlı araşdırma - Balıqlar niyə ölüb? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |     15:08 Şagirdi döyməsi ilə məşhurlaşan sabiq icra başçısı müavininin adı MSK siyahısından çıxarıldı  |    

Bulvardan yayılan video ilə bağlı araşdırma - Balıqlar niyə ölüb?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda balıqların kütləvi şəkildə ölməsi məsələsinə münasibət bildirib.

Qurumun Su Hövzələrinin Bioloji Resurslarının Artırılması və Mühafizəsi Departamentinin direktor əvəzi Mehman Axundov oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, Pirşağı gölünün yaxınlığında bu cür hadisə ilk deyil:

“Ümumiyyətlə, bu gölə çoxlu çirklənmiş su axıdılır. Mehdiabaddan Pirşağıya doğru uzanan kanala “İkinci sovxoz” adlanan təsərrüfat ərazisindən də kanalizasiya suları tökülür. Həmçinin, Pirşağı gölünün yaxınlığından Abşeron Suvarma Kanalı keçir və orada təmir işlər aparılan zaman da çirkab suları gölə yönəldilib.

Adıçəkilən kanalla gələn balıqlar suvarma kanalı təmirə bağlanan zaman həmin göldə qalır və orada olan çirkab sularının tərkibindəki maddələr onları öldürür. Ərazidə, əsasən, sazan və külmə balığı olur”.

Mehman Axundov bildirib ki, yayılan video barədə aparılan araşdırmaya görə, burada gölün səviyyəsi yarım metrdən də aşağı düşüb və çirkab qatılığı artıb:

“Laboratoriya analizlərinə görə, oksigenin həll olunmuş miqdarı da aşağı düşür. Ərazidə yaşayış evləri var, amma kanalizasiya sistemi tam yoxdur və çirkli sular gölə axıdılır. Nəticədə, bu vəziyyət yaranır. Əsasən, yay aylarında havanın temperaturu qalxır, su səviyyəsi aşağı düşür. Nəticədə bu cür mənzərə yaranıb”.

Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı saytımıza hadisəni təsdiq edib:

“Bir müddət əvvəl bulvar ərazisində dənizə atılan tor aşkarlanıb. İdarənin mühafizə xidməti vətəndaşların köməyilə həmin toru dənizdən çıxarıb və müvafiq orqanlara bu barədə məlumat verilib”.

Qeyd edək ki, ötən gün Bakı Bulvarında dənizə tor atılaraq balıq tutulduğu, idarə və vətəndaşlar buna əngəl olduqdan sonra isə qəzəbli ovçuların dənizə zəhər ataraq balıqları tələf etdiyini əks etdirdiyi iddia olunan kadrlar yayılmışdı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 479 24.05.19 18:55