Sabirabad rayonunun Zəngənə kəndində su kanalının sahilində yerli sakin, 1970-ci il təvvəllüdlü Əliyev Elmir Əlim oğlu balıq tutarkən ölüb.
Median.Az-ın ONA-ya istinadən verdiyi məlumata görə, mərhumun meyiti rayon morquna gətirilib.
Onun ölüm səbəbi barədə məlumat verilməyib.
Hadisə ilə bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.