Abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ola biləcəklər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |     15:08 Şagirdi döyməsi ilə məşhurlaşan sabiq icra başçısı müavininin adı MSK siyahısından çıxarıldı  |    

Abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ola biləcəklər

Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ola biləcəklər.

Median.Az
-ın oxu.az-a istinadən məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev 20 may 2019-cu il tarixində Nazirlər Kabinetinin təsdiq etdiyi qərarlarla bağlı mətbuat konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu abituriyentlər yalnız ingilisdilli ixtisaslara qəbul ola biləcəklər:

“Son beş ildə ingilisdilli ixtisasların sayı beşdən 69-a artırılıb. Hər il bu ixtisasların sayında artım olacaq”.

“Beynəlxalq proqramlar əsasında təhsil alan şagirdlərin təhsil proqramları ilə Dövlət İmtahan Mərkəzinin ali məktəblərə qəbul proqramları arasında fərq olurdu. Buna görə də həmin məzunlar ali təhsil almaq üçün xarici ölkərə üz tutmaq məcburiyyətində qalırdılar.

Yeni qərar həmin məzunlara Azərbaycanda ali təhsil almaq imkanı yaradır. Bu məzunlar üçün əsas tələb odur ki, onlar mütləq Azərbaycan dilindən də imtahan verməlidirlər”, - deyə şöbə müdiri qeyd edib.

Qeyd edək ki, abituriyentlərin müsabiqədənkənar qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən beynəlxalq səviyyədə akkreditasiya olunan “IB Diploma Programme” (Beynəlxalq Bakalavriat Diplom Proqramı), “Advanced Level of General Certificate of Education” (Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi) və “Advanced Placement” (Yüksək yerləşdirmə) təhsil proqramları üzrə aparılacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 269 23.05.19 23:00