Bu gecə ilk Qədr gecəsidir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |     15:08 Şagirdi döyməsi ilə məşhurlaşan sabiq icra başçısı müavininin adı MSK siyahısından çıxarıldı  |    

Bu gecə ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr gecəsi (əhya) qeyd olunacaq.

İkinci Qədr gecəsi mayın 25-dən 26-na, üçüncüsü 27-dən 28-nə keçən gecəyə təsadüf edir.

Sonuncu Qədr gecəsi Ramazan ayının 26-cı günü, yəni mayın 31-dən iyunun 1-nə keçən gecəyə təsadüf edəcək.

Qədr gecəsi Allahın kitabı "Quran”ın nazil olduğu gecədir. "Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.

Qədr gecəsinin konkret hansı gecə olması mübahisəlidir. Amma İslam peyğəmbəri və imamlardan gələn rəvayətlərə görə, Qədr gecəsi Ramazan ayının 19, 21, 23-cü və bəzi hədislərə əsasən, 26-cı gecələrindən biridir. Bu gecələr həm də "Əhya gecələri” adlanır.

Qədr gecəsində səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır.

Qeyd edək ki, Şəvval ayının 1-i, yəni iyunun 5-i Fitr bayramıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilən 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimində 5-6 iyun tarixləri Ramazan bayramıdır.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 130 23.05.19 17:34