Azərbaycan daha bir konvensiyaya qoşulacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |     15:08 Şagirdi döyməsi ilə məşhurlaşan sabiq icra başçısı müavininin adı MSK siyahısından çıxarıldı  |    

Azərbaycan daha bir konvensiyaya qoşulacaq

Yaxın vaxtlarda Azərbaycan “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında” Avropa Şurasının İstanbul Konvensiyasına qoşulacaq.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, ölkə rəhbərliyinin xüsusi tapşırığı əsasında sözügedən konvensiya ilə bağlı bir çox önəmli addımlar atılıb:

“Azərbaycan uzun müddətdir ki, konvensiya ilə bağlı öz mövqeyini bəyan edib. Orada qeyd edilən bir çox məqamlar var ki, bütün qanunvericilik sistemini dəyişməliyik. Biz buna ciddi yanaşma göstərdik. Bütün ölkələr konvensiyaya qoşulub. Azərbaycan da bu konvensiyadan kənarda qala bilməz”.

H.Hüseynova sığınacaqların olması, “qaynar xətt”lərin yaradılması üçün vəsait ayrılmasının vacibliyini vurğulayıb:

“Bu, bildiyiniz qədər asan deyil. Hər dəfə bir başqa problemlər ortaya çıxır. Məişət zorakılığının qarşısının alınması üçün yerlər, monitorinq qrupları yaradılıb. Əsas məqsədimiz bu qruplarla yaranmış problemlərin qarşısını almaqdır”.

//oxu.az
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 083 23.05.19 13:06