Azərbaycanda rüşvət alan "məmurun" - FOTOLARI » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:03 Qəzzada məktəblərin 88 %-i döyüşlər zamanı ziyan çəkib  |     18:52 "Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib - MƏHKƏMƏ  |     18:29 Azərbaycan səfiri İranın XİN nümayəndəsi ilə görüşüb  |     18:27 Husilər BMT əməkdaşlarını girov götürüblər  |     18:08 Hökumə Əliyevanın həyat yoldaşı 40 min manatlıq kompensasiyadan imtina edib  |     18:05 Türkiyədə hotel yanğını ilə bağlı saxlanılanların sayı artdı  |     18:03 Rusiyada istintaq AZAL təyyarəsinin qəzaya uğramasının günahkarlarını müəyyən etdi  |     17:46 Əməliyyat otağında doğum gününü qeyd edən həkimin həyat yoldaşı da işdən çıxdı  |     17:13 2024-cü ildə beynəlxalq axtarışa verilmiş 118 şəxsin yeri müəyyən olunub  |     17:00 Ötən il 216 kriminal qrup zərərsizləşdirilib  |     16:53 Milli parkda ceyranın başını kəsən şəxs nazirlik əməkdaşı imiş  |     16:32 Vilayət Eyvazov rəisləri topladı  |     16:23 Azərbaycan Quru Qoşunları komandanı Türkiyədə rəsmi səfərdədir  |     16:13 Belçika millisi yeni baş məşqçisini açıqladı  |     15:56 Gəncədə oğul anasına xəsarət yetirdi  |     15:48 Kaliforniya meşə yanğınları: Külli miqdarda vəsait ayrıldı  |     15:36 Baş prokurordan YENİ TƏYİNATLAR - FOTO  |     15:27 Bakıda küçədə kişi meyiti tapıldı  |     14:15 Qazaxda 19 yaşlı oğlan intihar edib  |     14:04 Bakıda səhər tezdən işə gedən gənc oğlan YOXA ÇIXDI  |    

Azərbaycanda rüşvət alan "məmurun" - FOTOLARI

Bir neçə gün əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) adından rüşvət toplayan şəxslərlə bağlı məlumat və hadisənin videogörüntüsü ictimaiyyətə təqdim olunub.
 
AQTA-dan verilən məlumata görə, aprelin 12-də Agentliyin 1003 "Qaynar xətt”inə qurumun adından istifadə edən növbəti şəxslə bağlı şikayət daxil olub.

Araşdırma zamanı özünü AQTA əməkdaşı kimi təqdim edən şəxsin Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən "Zaqatala” kafesinin sahibindən qanunsuz olaraq 39 manat 80 qəpik pul alması ilə bağlı şikayət öz təsdiqini tapıb. Belə ki, kafenin sahibi tərəfindən əvvəlcədən mağazada quraşdırılmış kamerada həmin şəxsin videogörüntülərinin olduğu müəyyən olunub.

Qida Təhlükəsizliyi Agentliyi görüntülərdə əks olunan həmin şəxsin Agentliyin əməkdaşı olmadığını bildirir və faktla bağlı qanunvericilik çərçivəsində tədbirlərin görülməsi üçün məlumatların hüquq-mühafizə orqanlarına göndərildiyini diqqətə çatdırır.

Agentlik sahibkarlara özünü qurumun əməkdaşı kimi təqdim edən şəxslərdən ilk növbədə xidməti vəsiqələrini və yoxlama haqqında müvafiq sənədi təqdim etmələrini tələb etməyi tövsiyə edir, hər hansı şübhəli məqam olduğu təqdirdə hüquq-mühafizə orqanlarına və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı "Qaynar xətt”inə məlumat verməyi xahiş edir.
 

 

 

 

 

 скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 366 17.04.19 13:42