“Təsadüfi” qəsd - Məcburi köçkünlərin yataqxanası yandırılıb? - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:09 Britaniya “Rolls-Royce” ilə sualtı qayıqlar üçün reaktorların yaradılması haqqında müqavilə bağlayıb  |     19:03 Qəzzada məktəblərin 88 %-i döyüşlər zamanı ziyan çəkib  |     18:52 "Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib - MƏHKƏMƏ  |     18:29 Azərbaycan səfiri İranın XİN nümayəndəsi ilə görüşüb  |     18:27 Husilər BMT əməkdaşlarını girov götürüblər  |     18:08 Hökumə Əliyevanın həyat yoldaşı 40 min manatlıq kompensasiyadan imtina edib  |     18:05 Türkiyədə hotel yanğını ilə bağlı saxlanılanların sayı artdı  |     18:03 Rusiyada istintaq AZAL təyyarəsinin qəzaya uğramasının günahkarlarını müəyyən etdi  |     17:46 Əməliyyat otağında doğum gününü qeyd edən həkimin həyat yoldaşı da işdən çıxdı  |     17:13 2024-cü ildə beynəlxalq axtarışa verilmiş 118 şəxsin yeri müəyyən olunub  |     17:00 Ötən il 216 kriminal qrup zərərsizləşdirilib  |     16:53 Milli parkda ceyranın başını kəsən şəxs nazirlik əməkdaşı imiş  |     16:32 Vilayət Eyvazov rəisləri topladı  |     16:23 Azərbaycan Quru Qoşunları komandanı Türkiyədə rəsmi səfərdədir  |     16:13 Belçika millisi yeni baş məşqçisini açıqladı  |     15:56 Gəncədə oğul anasına xəsarət yetirdi  |     15:48 Kaliforniya meşə yanğınları: Külli miqdarda vəsait ayrıldı  |     15:36 Baş prokurordan YENİ TƏYİNATLAR - FOTO  |     15:27 Bakıda küçədə kişi meyiti tapıldı  |     14:15 Qazaxda 19 yaşlı oğlan intihar edib  |    

“Təsadüfi” qəsd - Məcburi köçkünlərin yataqxanası yandırılıb? - VİDEO

Bu il Bakıda məcburi köçkünlərin məskunlaşdığı 5 yataqxanada yanğın hadisəsi baş verib.

Median.Az
REAL-a istinadən xəbər verir ki, yanğın hadisələrinin məcburi köçkünlərin yeni mənzillərlə təmin olunduğu günlərə təsadüf etməsi bunun sadə bir təsadüf olmaması ilə bağlı ehtimallara əsas verib. Bunu hökumət rəsmiləri də təkzib etmirlər.

Bu il baş verən yanğın hadisələrinə və onların təsadüf etdiyi dövrə nəzər salaq.

2018-ci il dekabrın 24-də Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verilib. Dekabrın 27-də isə Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilən yaşayış binaları kompleksinin açılışı olub. 2019-cu il yanvarın 3-də isə Bakının Xətai rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxanada baş vermiş yanğın nəticəsində 18 məcburi köçkün ailəsinin müvəqqəti yaşayış sahəsi yararsız vəziyyətə düşüb.

Yanvarın 19-da isə Binəqədi rayonunda Dərnəgül yaşayış massivi A.Gəraybəyli küçəsi 28 ünvanında yerləşən Azərbaycan Dövlət Pedaqoji Universitetinin yataqxanasında yanğın baş verib.

2019-cu il yanvarın son günlərində Bakı şəhərinin Qaradağ rayonunun Ümid qəsəbəsində ikinci mərhələ üzrə inşa edilimiş 300 ailəlik yeni yaşayış binaları ilk sakinlərini qəbul etməyə başlayıb. Fevralın 20-də Bakı şəhəri, Sabunçu rayonunda, Zabrat qəsəbəsi ərazisində beş məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı birmərtəbəli tikilidə yanğın baş verib. Ümumi sahəsi 1140 kvadratmetr olan tikili 670 kvadratmetr sahədə yanıb.

Ümid qəsəbəsi və Sumqayıtda inşa olunan yeni binalara köçürülmənin davam etdiyi günlərdə - martın 5-də Bakının Nərimanov rayon ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxanada yanğın baş verdi. Yataqxananın üçüncü mərtəbəsində Səriyyə Hacıyevaya məxsus otaqda baş vermiş yanğının zəhərli təsirindən 8 nəfər xəsarət alıb, dərhal xəstəxanaya aparılıb. Hadisə nəticəsində Laçın rayonundan məcburi köçkün Eliza Əliyeva və Surxay Əliyev dünyasını dəyişib.

Sonuncu yanğının qəsdən törədildiyi ekspert rəyi ilə təsdiqlənib. Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev də jurnalistlərə açıqlamasında təsdiqləyib.

Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi aprelin 5-də istifadəyə verildi. Aprelin 10-da isə Bakının Nizami rayonu Babək prospektində məcburi köçkünlərin məskunlaşdıqları binada yanğın baş verdi. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb, xəsarət alan şəxslərdən birinə hadisə yerində, digərinə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Cinayət Məcəlləsinin 186.2.2 maddəsinə görə, özgənin əmlakının qəsdən məhv edilməsi və ya zədələnməsi yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 456 12.04.19 20:53