Kompensasiya alacaq vətəndaşlara məhkəmədən bildiriş gəlir » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Şahmat dünya çempionatı Qətərdə keçiriləcək  |     22:47 HAMAS yanvarın 24-də girovların ikinci qrupunun siyahısını İsrailə verəcək  |     22:33 "Qarabağ" hesabı artırdı  |     22:17 Hərbçimiz odlu silahdan açılmış atəş nəticəsində həlak oldu  |     22:05 "Qarabağ" FCSB komandası ilə oyunda hesabı açıb  |     21:41 Trampın çıxışından sonra neftin qiyməti aşağı düşüb  |     21:28 Zaxarova: Rəsmi İrəvandan üçtərəfli razılaşma ilə bağlı bunu eşitməmişəm  |     21:20 Türkiyə 27 iranlı məhbusu ölkəsinə qaytarıb  |     21:07 Bu qurum da ƏDV-dən azad olundu  |     20:44 Leyla Əliyeva Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə iştirak etdi  |     20:35 İraq ABŞ-İran təmaslarında vasitəçilik etməyə hazırdır  |     20:17 Xaçmazda asılmış kişi meyiti tapıldı  |     20:09 İtaliyada avrokubok oyunundan əvvəl üç azarkeş bıçaqlanıb  |     20:01 Abşeronda bank kartlarından oğurluğa görə 5 nəfər tutuldu  |     19:49 "Yuventus"un müdafiəçisi karyerasını İngiltərədə davam etdirə bilər  |     19:28 Meteohəssas insanlar üçün sabahın PROQNOZU  |     19:20 Ermənistan baş naziri: Avropa İttifaqı ilə inteqrasiya prosesinə başlayırıq  |     19:11 "MPay" cərimələndi - Sədri Dövlət Əmək Müfəttişliyini məhkəməyə verdi  |     19:03 Trampdan Kreml liderinin ünvanına sərt ifadələr: “Putinin işi o qədər də yaxşı deyil”  |     18:57 Kanada Rusiya aktivlərinin 350 milyon dollardan çox hissəsini dondurdu  |    

Kompensasiya alacaq vətəndaşlara məhkəmədən bildiriş gəlir

Bir müddətdən sonra dollarla kredit borcu olan vətəndaşlara kompensasiyaların verilməsinə başlanılacaq. Amma bəzi vətəndaşlara müəyyən məhkəmələrdən borcun ödənilməsi ilə bağlı bildirişlər gəlir. Təbii ki, bu vətəndaşlarda müəyyən narahatlıq yaradıb. Məsələyə Maliyyə Bazarlarına Nəzarət Palatası aydınlıq gətirib.

Median.Az
xezerxeber.az-a istinadən bildirir ki, xarici valyutda olan problemli kreditlərlə bağlı vətəndaşlara kompensasiyanın veriləcəyi haqqında qərar olsa da, bəzi vətəndaşlara müxtəlif məhkəmələrdən məktublar gəlir. Məktublarda borcun ödənilməsi tələb edilir.

Ramil Kazımov adlı şəxsə gələn sənəd onlardan biridir. Sənəddə vətəndaşdan 10 min dollara yaxın borcun ödənilməsi tələb edilir. Əks halda onunla balğı müxtəlif tədbirlərin görüləcəyi qeyd edilir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə rəisi Tural Feyzullayev bildirib ki, bu tipli sənədləri olan vətəndaşlar ilk növbədə qurumun saytına daxil olaraq kompensasiya məbləğinin sorğulanması bölməsindən özü haqqında məlumatlarla tanış olmalıdırlar.

Elektron sistemdə vətəndaşa ödəniləcək kompensasiya haqqında tam məlumat yerləşdirilir.Restruksizasiya təkliflərindən yararlanmaq imkanları olan, başqa sözlə desək ölkə başçısının fərmanında nəzərdə tutulan kriteriyalara cavab verən borclulara məhkəmə tərəfindən gələ biləcək belə bildirişlərə xitam verilir.

Məhkəmədən bildiriş alan vətəndaş palata ilə də əlaqə saxlayıb ətraflı məlumat ala bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 712 09.04.19 23:20