Efir nəzarətsiz qalanda belə fəsadlar yaşanır - Professor » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Şahmat dünya çempionatı Qətərdə keçiriləcək  |     22:47 HAMAS yanvarın 24-də girovların ikinci qrupunun siyahısını İsrailə verəcək  |     22:33 "Qarabağ" hesabı artırdı  |     22:17 Hərbçimiz odlu silahdan açılmış atəş nəticəsində həlak oldu  |     22:05 "Qarabağ" FCSB komandası ilə oyunda hesabı açıb  |     21:41 Trampın çıxışından sonra neftin qiyməti aşağı düşüb  |     21:28 Zaxarova: Rəsmi İrəvandan üçtərəfli razılaşma ilə bağlı bunu eşitməmişəm  |     21:20 Türkiyə 27 iranlı məhbusu ölkəsinə qaytarıb  |     21:07 Bu qurum da ƏDV-dən azad olundu  |     20:44 Leyla Əliyeva Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə iştirak etdi  |     20:35 İraq ABŞ-İran təmaslarında vasitəçilik etməyə hazırdır  |     20:17 Xaçmazda asılmış kişi meyiti tapıldı  |     20:09 İtaliyada avrokubok oyunundan əvvəl üç azarkeş bıçaqlanıb  |     20:01 Abşeronda bank kartlarından oğurluğa görə 5 nəfər tutuldu  |     19:49 "Yuventus"un müdafiəçisi karyerasını İngiltərədə davam etdirə bilər  |     19:28 Meteohəssas insanlar üçün sabahın PROQNOZU  |     19:20 Ermənistan baş naziri: Avropa İttifaqı ilə inteqrasiya prosesinə başlayırıq  |     19:11 "MPay" cərimələndi - Sədri Dövlət Əmək Müfəttişliyini məhkəməyə verdi  |     19:03 Trampdan Kreml liderinin ünvanına sərt ifadələr: “Putinin işi o qədər də yaxşı deyil”  |     18:57 Kanada Rusiya aktivlərinin 350 milyon dollardan çox hissəsini dondurdu  |    

Efir nəzarətsiz qalanda belə fəsadlar yaşanır - Professor

Son günlərdə baş verənlər, efirdə bu cür hadisələrin ortaya çıxması televiziyada bu vaxta qədərki gedişatın məntiqi davamıdır.

Median.Az
xəbər verir ki, bu sözləri Kult.az-a açıqlamasında media eksperti, professor Qulu Məhərrəmli canlı efirdə müğənni Rüfət Axundovun əxlaqdankənar ifadələr işlətməsi ilə bağlı danışarkən deyib. O, televiziyalarda müşahidə olunan bu kimi halların məsuliyyətsizlikdən qaynaqlandığını bildirib:

"Bu cür laqeydlik, auditoriyanı saymazlıq belə faktları ortaya çıxarır. Bu ona görə baş verir ki, proqramı aparan rejissor, studiyada əyləşən aparıcı və yaxud birbaşa yayımı tənzimləyən səs rejissoru və s. məsuliyyətini yerinə yetirmir. Səs rejissoru studiyanın səsini bağlamalıdır ki, əlavə söhbətlər olmasın. Bunlar elementar şeylərdir, əməl etməyəndə ortaya belə hallar çıxır. Nə qədər ki məsuliyyətsizlik, intizamsızlıq var, təbii ki, belə hallar təkrarlanacaq. Bunun qarşısını almağın yeganə yolu etik intizamı möhkəmləndirməkdir".

Ekspertin sözlərinə görə, efirə qarşı belə münasibət televiziyaların nüfuzunu aşağı salır:

"Canlı yayımda qeyri-etik davranışları tənzimləmək üçün hansısa əlavə qurumun yaradılmasına da ehtiyac yoxdur. Hərə öz işini görsə, problem həll edilər. Təbii ki, efirə gələn adamın da intizamı olmalıdır. Axı o ifadələr işlədiləndə studiyada operator, kənar işçilər və s. də olub. İnsanlar da bir az özünə məsuliyyətlə yanaşmalıdır. İndi efir o qədər ucuzlaşıb, məsuliyyət o qədər itib ki, çox rahatlıqla hansısa müğənni bu cür vulqar ifadələrdən istifadə edir. Canlı efir mexanizmi nəzarətsiz qalanda belə mənəvi fəlakətlər yaranır. Belə olan halda nəinki o efir, o televiziya kanalı gözdən düşür, bütövlükdə televiziyalara qarşı qeyri-ciddi münasibət yaranır".

Xatırladaq ki, 4 apreldə müğənnilər Rüfət Axundov və həmkarı Rəşad İlyasov qonaq olduğu Speys TV-nin "Hər səhər" verilişində mahnı ifası zamanı sözləri dəyişdirərək, əxlaqdankənar ifadələr işlədiblər. R.Axundovun ifasında səsləndirilən mahnı fonoqram təqdim edildiyindən, müğənnilər mikrofonun açıq olmasından və söyüşlərin efirə getməsindən xəbərsiz olublar. Sözügedən qalmaqaldan sonra Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) Speys TV-nin İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimələnməsi bağlı məhkəməyə müraciət edib.

Həmçinin R.Axundova efir qadağasının tətbiq edilməsini tövsiyə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 107 09.04.19 21:00