Azərbaycan Təhsil Nazirliyində yeni kadr təyinatı olub.
Təhsil naziri Ceyhun Bayramov Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor təyin edib. Agentliyin direktoru Pərviz Yusifovdur. O, əvvəllər nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsində çalışıb.
Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinə Famil Mustafayev rəhbərlik edib.
News4.az-ın sualını cavablandıran Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu faktı təsdiqləyib.