Nazirlikdə Aprel döyüşləri şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Şahmat dünya çempionatı Qətərdə keçiriləcək  |     22:47 HAMAS yanvarın 24-də girovların ikinci qrupunun siyahısını İsrailə verəcək  |     22:33 "Qarabağ" hesabı artırdı  |     22:17 Hərbçimiz odlu silahdan açılmış atəş nəticəsində həlak oldu  |     22:05 "Qarabağ" FCSB komandası ilə oyunda hesabı açıb  |     21:41 Trampın çıxışından sonra neftin qiyməti aşağı düşüb  |     21:28 Zaxarova: Rəsmi İrəvandan üçtərəfli razılaşma ilə bağlı bunu eşitməmişəm  |     21:20 Türkiyə 27 iranlı məhbusu ölkəsinə qaytarıb  |     21:07 Bu qurum da ƏDV-dən azad olundu  |     20:44 Leyla Əliyeva Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə iştirak etdi  |     20:35 İraq ABŞ-İran təmaslarında vasitəçilik etməyə hazırdır  |     20:17 Xaçmazda asılmış kişi meyiti tapıldı  |     20:09 İtaliyada avrokubok oyunundan əvvəl üç azarkeş bıçaqlanıb  |     20:01 Abşeronda bank kartlarından oğurluğa görə 5 nəfər tutuldu  |     19:49 "Yuventus"un müdafiəçisi karyerasını İngiltərədə davam etdirə bilər  |     19:28 Meteohəssas insanlar üçün sabahın PROQNOZU  |     19:20 Ermənistan baş naziri: Avropa İttifaqı ilə inteqrasiya prosesinə başlayırıq  |     19:11 "MPay" cərimələndi - Sədri Dövlət Əmək Müfəttişliyini məhkəməyə verdi  |     19:03 Trampdan Kreml liderinin ünvanına sərt ifadələr: “Putinin işi o qədər də yaxşı deyil”  |     18:57 Kanada Rusiya aktivlərinin 350 milyon dollardan çox hissəsini dondurdu  |    

Nazirlikdə Aprel döyüşləri şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

"2016-cı ilin Aprel döyüşləri işğal olunmuş torpaqlarımıza qayıdışın başlanğıcı kimi, böyük tarixi qələbəyə imza atılmaqla müasir tariximizə şərəfli bir zəfər səhifəsi kimi yazılıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, şəhid ailələrinin, döyüş iştirakçılarının hərtərəfli qayğı ilə təmin edilməsi, onların sosial müdafiəsinin təmin edilməsi üçün bütün tədbirlər görülüb və bundan sonra da bu tədbirlər ildən-ilə gücləndiriləcək".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, bunu nazir Sahil Babayev bu gün Nazirlikdə Aprel döyüşləri şəhidlərinin ailə üzvlərinin və bu döyüşlərdə iştirak etmiş hərbi qulluqçuların bir qrupu ilə keçirilən görüşdə vurğulayıb.

Nazir bildirib ki, Aprel döyüşləri Prezident cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində bütün sahələrdə dayanıqlı inkişaf proseslərinin getdiyi Azərbaycanın, eyni zamanda qüdrətli ordular sırasında olduğunu bir daha dünyaya nümayiş etdirib: "Ordumuz Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını nəinki uğurla aldı, yüksək hərbi məharətlə əks-hücum əməliyyatı həyata keçirərək ölkəmizin minlərlə hektar torpağını işğaldan azad etdi".

S.Babayev dövlət başçısının tapşırığı ilə Aprel şəhidlərinin ailələrinin və Aprel döyüşlərində sağlamlığını itirmiş əsgər və zabitlərin mühüm sosial müdafiə tədbirləri ilə əhatə olunduqlarını, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əsgər və zabitlərin reabilitasiyasına xüsusi qayğı göstərdiyini vurğulayıb.

O qeyd edib ki, şəhid ailələrinə birdəfəlik ödəmə verilməklə onlara və Aprel döyüşlərində sağlamlıqlarını itirmiş hərbçilərə Prezidentin aylıq təqaüdləri, müavinət və ya əmək pensiyaları, habelə uşaqlarına, eləcə də əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə müavinətlər təyin edilib: "Cari il fevralın 1-dən şəhid ailələrinə təqaüd 300 manata çatdırılıb, müharibə əlillərinin müavinət və təqaüdləri də 2019-cu il aprelin 1-dən 100 faizədək artırılıb. I qrup əlilliyi olanlara qulluq edənlər üçün də Prezidentin aylıq təqaüdü təsis olunub".

Nazir bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı əsasında Heydər Əliyev Fondu tərəfindən “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi icra olunub: "Ötən dövrdə bu layihə üzrə 100-dən çox zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunaraq yenidən fəal həyata dönüblər".

Görüşdə “Aprel-2016: Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin həmsədri Sevinc Alızadə, Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyeva, şəhid əsgər Müşfiq Orucovun anası Aygün Məmmədli, şəhid əsgər Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanov, Aprel döyüşləri iştirakçıları - polkovnik-leytenant Elşən Qarayev, baş leytenant Əhliyyət Mehdiyev və baş leytenant Loğman Məmmədov ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların ailələrinə, bu döyüşlərdə sağlamlıqlarını itirən hərbçilərə yüksək səviyyədə diqqət və qayğı göstərilməsindən razılıqla bəhs ediblər. Onlar buna görə Prezident cənab İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Görüş şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi ilə davam edib.//report.az

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 468 04.04.19 21:31