Tarix İnstitutunda struktur dəyişikliyi aparıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Şahmat dünya çempionatı Qətərdə keçiriləcək  |     22:47 HAMAS yanvarın 24-də girovların ikinci qrupunun siyahısını İsrailə verəcək  |     22:33 "Qarabağ" hesabı artırdı  |     22:17 Hərbçimiz odlu silahdan açılmış atəş nəticəsində həlak oldu  |     22:05 "Qarabağ" FCSB komandası ilə oyunda hesabı açıb  |     21:41 Trampın çıxışından sonra neftin qiyməti aşağı düşüb  |     21:28 Zaxarova: Rəsmi İrəvandan üçtərəfli razılaşma ilə bağlı bunu eşitməmişəm  |     21:20 Türkiyə 27 iranlı məhbusu ölkəsinə qaytarıb  |     21:07 Bu qurum da ƏDV-dən azad olundu  |     20:44 Leyla Əliyeva Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə iştirak etdi  |     20:35 İraq ABŞ-İran təmaslarında vasitəçilik etməyə hazırdır  |     20:17 Xaçmazda asılmış kişi meyiti tapıldı  |     20:09 İtaliyada avrokubok oyunundan əvvəl üç azarkeş bıçaqlanıb  |     20:01 Abşeronda bank kartlarından oğurluğa görə 5 nəfər tutuldu  |     19:49 "Yuventus"un müdafiəçisi karyerasını İngiltərədə davam etdirə bilər  |     19:28 Meteohəssas insanlar üçün sabahın PROQNOZU  |     19:20 Ermənistan baş naziri: Avropa İttifaqı ilə inteqrasiya prosesinə başlayırıq  |     19:11 "MPay" cərimələndi - Sədri Dövlət Əmək Müfəttişliyini məhkəməyə verdi  |     19:03 Trampdan Kreml liderinin ünvanına sərt ifadələr: “Putinin işi o qədər də yaxşı deyil”  |     18:57 Kanada Rusiya aktivlərinin 350 milyon dollardan çox hissəsini dondurdu  |    

Tarix İnstitutunda struktur dəyişikliyi aparıldı

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda struktur dəyişikliyinin aparılması barədə qərar verilib.

Tarix İnstitutundan verilən məlumata görə, yeni şöbənin yaradılması və 1 şöbənin adının isə dəyişdirilməsi qərara alınıb.

Elmi Şuranın qərarına əsasən institutda yeni yaradılacaq şöbənin adı “Azsaylı xalqların tarixi”dir və “Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin isə adı dəyişdirilərək “Mənbəşünaslıq, tarixşünaslıq və tarixin nəzəriyyəsi” şöbəsi adlandırılıb.

Bildirilib ki, müəllifi Azərbaycan Prezidenti olan multikulturalizm modeli dünyada qəbul edilir və öyrənilir.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, “Azsaylı xalqların tarixi” şöbəsi Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası və Prezident İlham Əliyevin multikulturalizm siyasətinə uyğun olaraq yaradılıb.

Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.//publika.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 168 04.04.19 20:40