Diaspor binasında Azərbaycan bayrağı tərsinə asıldı - AÇIQLAMA + FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Şahmat dünya çempionatı Qətərdə keçiriləcək  |     22:47 HAMAS yanvarın 24-də girovların ikinci qrupunun siyahısını İsrailə verəcək  |     22:33 "Qarabağ" hesabı artırdı  |     22:17 Hərbçimiz odlu silahdan açılmış atəş nəticəsində həlak oldu  |     22:05 "Qarabağ" FCSB komandası ilə oyunda hesabı açıb  |     21:41 Trampın çıxışından sonra neftin qiyməti aşağı düşüb  |     21:28 Zaxarova: Rəsmi İrəvandan üçtərəfli razılaşma ilə bağlı bunu eşitməmişəm  |     21:20 Türkiyə 27 iranlı məhbusu ölkəsinə qaytarıb  |     21:07 Bu qurum da ƏDV-dən azad olundu  |     20:44 Leyla Əliyeva Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə iştirak etdi  |     20:35 İraq ABŞ-İran təmaslarında vasitəçilik etməyə hazırdır  |     20:17 Xaçmazda asılmış kişi meyiti tapıldı  |     20:09 İtaliyada avrokubok oyunundan əvvəl üç azarkeş bıçaqlanıb  |     20:01 Abşeronda bank kartlarından oğurluğa görə 5 nəfər tutuldu  |     19:49 "Yuventus"un müdafiəçisi karyerasını İngiltərədə davam etdirə bilər  |     19:28 Meteohəssas insanlar üçün sabahın PROQNOZU  |     19:20 Ermənistan baş naziri: Avropa İttifaqı ilə inteqrasiya prosesinə başlayırıq  |     19:11 "MPay" cərimələndi - Sədri Dövlət Əmək Müfəttişliyini məhkəməyə verdi  |     19:03 Trampdan Kreml liderinin ünvanına sərt ifadələr: “Putinin işi o qədər də yaxşı deyil”  |     18:57 Kanada Rusiya aktivlərinin 350 milyon dollardan çox hissəsini dondurdu  |    

Diaspor binasında Azərbaycan bayrağı tərsinə asıldı - AÇIQLAMA + FOTO

Mərkəzi ofisi Kievdə yerləşən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Jitomir nümayəndəliyinin qərargahının inzibati binasında Azərbaycan bayrağı tərsinə asılıb.

Bununla bağlı məlumatı jurnalist Toğrul Allahverdili sosial şəbəkədə paylaşıb.

Görüntüdən bayrağın, həqiqətən, tərsinə asıldığı aşkar görünür.

Məsələ ilə bağlı oxu.az-a açıqlama verən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov məsələdən xəbərdar olduqlarını bildirib:

“Ukraynanın əksər vilayətlərində UABD-nın nümayəndəliklərinin qərargahları var. Bu, təşkilatımızın Jitomir vilayətindəki ofisimizin qarşısıdır. Jitomir vilayəti üzrə UBAD sədri Rac Qasımovla bu məsələ barədə danışdıq.

O bildirdi ki, bayraqlar köhnəldiyindən yeniləri ilə əvəz edilib. Bayraqları hazırlayan şirkət isə onu tərsinə asıb. Bir saat ərzində bayraqlar dəyişdiriləcək”.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 622 03.04.19 18:15