Avtomobil Yolları Dövlət Agentliyinin avtomobili yolu belə dağıtdı: Sürücülərin həyatını təhlükəyə atdı (VİDEO)
Bakı-Sumqayıt yolunda çəkilən görüntülər görənlərin təəccübünə səbəb olub.
Azxeber.com-a göndərilən videogörüntülərdə Azərbaycan Avtombil Yolları Dövlət Agentliyinə (AAY) məxsus yük maşını sol təkəri olmadan hərəkət edir. Təkəri sıradan çıxmasına baxmayaraq, hərəkətdə olan avtomobil digər avtomobillər üçün təhlükəli vəziyyətin yaranmasına səbəb olub.
Görüntünü çəkən şəxs iddia edir ki, yüksəktonlu yük avtomobilinin dəmir diskin üzərində hərəkət etməsi asvalt örtüyünün də ciddi şəkildə zədələnməsinə səbəb olub.
Görüntülərdən də göründüyü kimi avtomobilin üzərində AAY-nin loqosu vurulub.
Həmin görüntüləri təqdim edirik:
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!