Şəhid ailələrinə yeni güzəştlər - Bu ödənişdən azad edilirlər » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:16 Sumqayıtda 43 yaşlı kişinin meyiti aşkarlanıb  |     20:14 Rusiya və Ermənistan XİN başçılarının sabah müzakirə edəcəyi məsələlər açıqlanıb  |     20:06 “Dərnəgül”dən gələn qatarlar “Xətai”yə kimi hərəkət edəcəklər”  |     20:01 Sumqayıtda 43 yaşlı kişinin meyiti aşkarlanıb  |     19:54 Azərbaycan Könüllüləri Şəhidlər Xiyabanını ziyarət etdi (FOTO)  |     19:30 Finlandiya parlamentinin spikeri: "Bəşəriyyət artıq III Dünya müharibəsindədir"  |     19:23 ABŞ-nin 47-ci Prezidenti seçilən Donald Trampın andiçmə mərasimi başlayıb  |     19:06 62 yaşlı kişi itinə görə elektron qolbaqda gəzəcək  |     18:59 Trampın andiçməsində zibil maşını… - FOTO  |     18:50 Azərbaycan Bolqarıstana qaz nəqlini bərpa etdi  |     18:40 Putin: Rusiya ABŞ-ın yeni Administrasiyası ilə Ukrayna münaqişəsinə dair dialoqa açıqdır  |     18:32 Gənc ailələr buna görə dağılır  |     18:24 Putin Trampı ABŞ Prezidenti vəzifəsinə başlaması münasibətilə təbrik edib  |     18:18 Kürdəmirdə 66 yaşlı kişi cərəyan vurması nəticəsində ölüb  |     18:09 Trampın andiçmə mərasimində Brüsseli Aİ-nin ABŞ-dəki səfiri təmsil edəcək  |     18:03 Bakıda gənc ana itkin düşdü  |     17:52 İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərli ölkəmizə qaytarılıb - RƏSMİ  |     17:14 Rusiya ordusu daha bir neçə yaşayış məntəqəsini nəzarətə götürüb  |     17:01 Qəbiristanlıqdan oğurluq edən şəxs HƏBS EDİLDİ  |     16:27 Tofiq Musayevin çıxış edəcəyi yeni turnir bəlli olub  |    

Şəhid ailələrinə yeni güzəştlər - Bu ödənişdən azad edilirlər

Azərbaycanda şəhid ailələrinin üzvlərinə yeni güzəştlər ediləcək.

Bu barədə Milli Məclisin (MM) İnsan Hüquqları komitəsinin iclasında məlumat verilib.

Bildirilib ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Mühasibat uçotu haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsinə nəzərdə tutulan düzəlişlər “Peşə təhsili haqqında” qanuna uyğunlaşdırmaq məqsədi ilə həyata keçirilir.

Dəyişikliyə əsasən, dövlət peşə təhsili müəssisələrində və elmi təşkilatlarda ödənişli formada təhsil alan şəhid ailəsi statusu almış ailənin üzvləri təhsil haqqını ödəməkdən azad ediləcəklər.

Müzakirələrdən sonra qanun layihələri plenar iclasa tövsiyə edilib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 902 13.03.19 12:54