18 yaşı olmayanlara enerji içkilərinin satışı məhdudlaşdırılsın - TƏKLİF » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:50 Qadınla otelə getdi, başına bakal çırpdı - Məhkəmə qərarı  |     22:41 Keçmiş prezident həbs etmək üçün 7 min polis səfərbər ediləcək  |     22:35 Taksi sürücüsü başqasının kartından 1430 manatı necə çıxarıb? - İki gün sonra ələ keçdi  |     22:27 Yarım milyon vergi borcu olan şirkətin rəhbərinə “stop” qoyuldu  |     22:22 Boksçumuz dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəldi  |     22:16 Vladimir Putin Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif edib  |     22:08 Muzey Mərkəzinin direktoru Liana Vəzirovanın işdən çıxarılmasının səbəbi məlum olub  |     22:03 Dünya Bankı Xəzər dənizinin təmizlənməsi üzrə layihəni maliyyələşdirəcək  |     21:57 Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib  |     21:52 Bakıda mənzillər 11 %-dən çox bahalaşıb  |     21:45 Bako Sahakyandan etiraf: Silahlar Ermənistandan gəlirdi  |     21:39 Gəncədə məktəbli bıçaqlanıb  |     21:34 Bakının 5 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb  |     21:27 Sabah Kəngərlinin bir hissəsində 3 saat işıq olmayacaq  |     21:22 Lukaşenko yeni hökumət başçısını təyin edib  |     21:16 Peşəkar Çövkən Liqasında yeni mövsümə sabah start veriləcək  |     21:11 Omskın iş adamları Bakıya səfər edəcək  |     21:06 Ermənistan MTX-nın keçmiş əməkdaşı ev dustaqlığına buraxılıb  |     21:00 Sabah 22 dərəcə isti olacaq  |     20:53 Azad olunan ərazilərdə daha 138 mina aşkarlanıb  |    

18 yaşı olmayanlara enerji içkilərinin satışı məhdudlaşdırılsın - TƏKLİF

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 18 yaşa qədər olan şəxslərin enerji içkilərdən istifadə etməsinin məhdudlaşdırılmasını təklif edib.

Q.Təhməzli çıxışında enerji içkilərinin insan orqanizminə mənfi təsirinin kofeinin miqdarı və həzmə sürətlə daxil olmasından asılı olduğunu deyib.

Q.Təhməzli bildirib ki, bu içki soyuq qəbul edildiyindən ani olaraq mədədə sovrulma hissi baş verir:

“Süni qan dövranının sürətlənməsi ilə yalançı oyanıqlıq sistemi yaranır. İnsanlar da elə düşünür ki, bu, gümrahlıq hissidir. O, insan sağlamlığı üçün böyük təhdiddir. Soyuq çaylar insan bədəninə soyuq şəkildə daxil olsa da, kofeinin miqdarı 11 mq ölçüsündədir.

Ümumiyyətlə, 18 yaşa qədər olan şəxslərin bu içkilərdən istifadə etməsi məhdudlaşdırılmalıdır. Enerji içkilərinin markalanması zamanı üzərində kofeinin miqdarı bildirilməlidir. Bununla bağlı hökumətə müraciətimiz oldu. AMEA bizə rəy ünvanlayıb və fikirlərimiz üst-üstə düşüb”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 572 31.01.19 16:16