Bakıda bu məktəbin müəllimləri 5 gündür evlərinə gedə bilmir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:50 Qadınla otelə getdi, başına bakal çırpdı - Məhkəmə qərarı  |     22:41 Keçmiş prezident həbs etmək üçün 7 min polis səfərbər ediləcək  |     22:35 Taksi sürücüsü başqasının kartından 1430 manatı necə çıxarıb? - İki gün sonra ələ keçdi  |     22:27 Yarım milyon vergi borcu olan şirkətin rəhbərinə “stop” qoyuldu  |     22:22 Boksçumuz dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəldi  |     22:16 Vladimir Putin Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif edib  |     22:08 Muzey Mərkəzinin direktoru Liana Vəzirovanın işdən çıxarılmasının səbəbi məlum olub  |     22:03 Dünya Bankı Xəzər dənizinin təmizlənməsi üzrə layihəni maliyyələşdirəcək  |     21:57 Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib  |     21:52 Bakıda mənzillər 11 %-dən çox bahalaşıb  |     21:45 Bako Sahakyandan etiraf: Silahlar Ermənistandan gəlirdi  |     21:39 Gəncədə məktəbli bıçaqlanıb  |     21:34 Bakının 5 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb  |     21:27 Sabah Kəngərlinin bir hissəsində 3 saat işıq olmayacaq  |     21:22 Lukaşenko yeni hökumət başçısını təyin edib  |     21:16 Peşəkar Çövkən Liqasında yeni mövsümə sabah start veriləcək  |     21:11 Omskın iş adamları Bakıya səfər edəcək  |     21:06 Ermənistan MTX-nın keçmiş əməkdaşı ev dustaqlığına buraxılıb  |     21:00 Sabah 22 dərəcə isti olacaq  |     20:53 Azad olunan ərazilərdə daha 138 mina aşkarlanıb  |    

Bakıda bu məktəbin müəllimləri 5 gündür evlərinə gedə bilmir

Bakı şəhəri Pirallahı rayonu Çilov adasındakı 131 saylı orta məktəbin müəllimlərinin adada əsir kimi qalmaları barədə məlumat yayılıb. Bildirilib ki, sözügedən təhsil ocağının müəllimləri ötən həftənin cümə günündən etibarən evlərinə gedə bilmirlər.

Məsələ ilə bağlı Pirallahı rayonu Çilov adası 131 nömrəli tam orta məktəbdən verilən məlumatda bildirilir:

“Çilov adasında fəaliyyət göstərən 131 nömrəli tam orta məktəbdə çalışan müəllimlərin gediş-gəlişi gəmi ilə həyata keçirildiyinə görə, bəzən hava şəraiti ilə əlaqədar işçilərin təhlükəsizliyi nəzərə alınaraq şəhərlə nəqliyyat əlaqəsində ləngimələr ola bilir. Bu dəfə də şəhərdə yaşayan bir neçə müəllimin hava şəraiti ilə bağlı evlərinə getməsi ləngiyib. Ən qısa zamanda hava şəraiti gəmilərin hərəkətinə imkan verən kimi, onların evə getməsi mümkün olacaq.

Qeyd edək ki, müəllimlərin gediş-gəlişi məsələsində hava şəraiti ilə bağlı ləngimələr olmasa, heç vaxt digər çətinlik yaranmayıb. Çilov adasında yerləşən "28 May" NQÇİ-nin rəhbərliyi həmişə müəllimlərin gediş-gəlişi üçün yaxından köməklik göstərir”.

Xatırladaq ki, Rasim İbrahimov adına 131 nömrəli tam orta məktəb Bakı şəhəri Pirallahı rayonu Çilov adasında yerləşir. Məktəb 1951-ci ildən fəaliyyət göstərir. Məktəbdə hazırda 80 şagirdin təlim-tərbiyəsi ilə 22 pedaqoji işçi məşğul olur. Məktəbin binası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "28 May" NQÇİ-nin balansındadır. Məktəb 2007-ci ildə əsaslı təmir olunmuş və müvafiq avadanlıqlar verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 262 29.01.19 15:24