Uşaq bezlərində təhlükə aşkarlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:50 Qadınla otelə getdi, başına bakal çırpdı - Məhkəmə qərarı  |     22:41 Keçmiş prezident həbs etmək üçün 7 min polis səfərbər ediləcək  |     22:35 Taksi sürücüsü başqasının kartından 1430 manatı necə çıxarıb? - İki gün sonra ələ keçdi  |     22:27 Yarım milyon vergi borcu olan şirkətin rəhbərinə “stop” qoyuldu  |     22:22 Boksçumuz dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəldi  |     22:16 Vladimir Putin Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif edib  |     22:08 Muzey Mərkəzinin direktoru Liana Vəzirovanın işdən çıxarılmasının səbəbi məlum olub  |     22:03 Dünya Bankı Xəzər dənizinin təmizlənməsi üzrə layihəni maliyyələşdirəcək  |     21:57 Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib  |     21:52 Bakıda mənzillər 11 %-dən çox bahalaşıb  |     21:45 Bako Sahakyandan etiraf: Silahlar Ermənistandan gəlirdi  |     21:39 Gəncədə məktəbli bıçaqlanıb  |     21:34 Bakının 5 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb  |     21:27 Sabah Kəngərlinin bir hissəsində 3 saat işıq olmayacaq  |     21:22 Lukaşenko yeni hökumət başçısını təyin edib  |     21:16 Peşəkar Çövkən Liqasında yeni mövsümə sabah start veriləcək  |     21:11 Omskın iş adamları Bakıya səfər edəcək  |     21:06 Ermənistan MTX-nın keçmiş əməkdaşı ev dustaqlığına buraxılıb  |     21:00 Sabah 22 dərəcə isti olacaq  |     20:53 Azad olunan ərazilərdə daha 138 mina aşkarlanıb  |    

Uşaq bezlərində təhlükə aşkarlandı

Fransanın Sanitar Təhlükəsizlik Agentliyi (ANSES) təkistifadəlik uşaq bezləri ilə bağlı apardığı araşdırmanın nəticələrini dərc edib. Nəticələrin ictimailəşməsi dünyanın dörd bucağından olan anaların ciddi narahatlığına səbəb olub.

Median.az
-ın news24.az-a istinadən məlumatına əsasən, adi uşaq bezlərində körpələrin sağlamlığı üçün potensial təhlükə daşıyan toksik maddələr, o cümlədən, onkoloji xəstəliklərə yol aça bilən kanserogenlər aşkarlanıb.

Bezlərdə alimlər qlifosat - insektisidlərdə tətbiq olunan kimyəvi maddə tapıb. Məhz qlifosat qeyri-Hockin limfomasına və hətta DNT-nin zədələnməsinə səbəb ola bilər.

Fransız bezlərində tapılmış təhlükəli substansiyalar arasında bəzi kosmetik məhsulların hazırlanmasında tətbiq olunan butilfenil metilpropional, həmçinin, aromatik hidrokarbonlar yer alır.

Ekspertlər vurğulayır ki, təhlükəli maddələrin miqdarı normaları aşır və onlar uşaqların sağlamlığına ciddi ziyan vura bilər. Buna görə belə məhsul istehsal edən şirkətlərin istehsalatı dayandıraraq, onun tərkibinə təkrar baxış keçirmələri tövsiyə olunub.

Fransa hökuməti uşaq bezi istehsalçılarına müvafiq ölçülərin götürülməsi və istehsalat prosesində təhlükəli maddələrin çıxarılmasına 15 gün vaxt verdiyini elan edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 439 28.01.19 23:21