Dərsliklər uşaqların psixi durumuna və intellektual səviyyəsinə uyğun şəkildə hazırlanmalıdır.
Bunu tənzimləmək üçün də qanunda dərsliklərlə bağlı ayrıca müddəa olmalıdır.
Median.Az xezerxeber.az-a istinadən bildirir ki, bu barədə təklif Milli Məclisin Elm və təhsil komitəsinin iclasında verilib.
"Ümumi təhsil haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirilib ki, dərsliklər uşaqların psixi durumuna və intellektual səviyyəsinə uyğun şəkildə hazırlanmalıdır. Qeyd edilib ki, dərsliklərin tərtib edilməsi ilə bağlı qanun layihəsində yeni müddəa nəzərdə tutulmalıdır. Çünki dərsliklərlə bağlı həm cəmiyyətdə, həm də mediada tez-tez müzakirələr gedir. Bəzən də insanlar yanlış səmtə yönəldilir. Həm valideynlər, həm uşaqlar, həm də müəllimlər çaş-baş vəziyyətdə qalırlar.
Təhsil nazirinin müavini İdris İsayev isə bildirib ki, gələn ay dərsliklərlə bağlı normativ hüquqi akt hazırlanacaq və ictimaiyyətə təqdim olunacaq.
İdris İsayev qeyd edib ki, ehtiyac yaranarsa, millət vəkillərinin təklifi əsasında qanun layihəsinə də dərsliklərlə bağlı müddəa salına bilər.