Son günlər Tovuzda şəhər mərkəzində, kəndlərdə və əkin sahələrində tez-tez kütləvi şəkildə qarğa leşlərinə rast gəlinir.
Median.Az-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayının artması fonunda qarğaların “quş qripi” virusundan ölməsi ehtimalı sakinləri narahat edir.
Mövcud vəziyyətlə əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Tovuz Rayon Baytarlıq İdarəsi dərhal əraziyə baxış keçirib, leşlərdən analiz üçün nümunələr götürülüb.
Qurumdan o da bildirilib ki, vəziyyət tam nəzarət altındadır. Hələlik heç bir virusa rast gəlinməyib.