Uşağın doğulmasına görə birdəfəlik müavinət avtomatlaşdırılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:50 Qadınla otelə getdi, başına bakal çırpdı - Məhkəmə qərarı  |     22:41 Keçmiş prezident həbs etmək üçün 7 min polis səfərbər ediləcək  |     22:35 Taksi sürücüsü başqasının kartından 1430 manatı necə çıxarıb? - İki gün sonra ələ keçdi  |     22:27 Yarım milyon vergi borcu olan şirkətin rəhbərinə “stop” qoyuldu  |     22:22 Boksçumuz dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəldi  |     22:16 Vladimir Putin Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif edib  |     22:08 Muzey Mərkəzinin direktoru Liana Vəzirovanın işdən çıxarılmasının səbəbi məlum olub  |     22:03 Dünya Bankı Xəzər dənizinin təmizlənməsi üzrə layihəni maliyyələşdirəcək  |     21:57 Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib  |     21:52 Bakıda mənzillər 11 %-dən çox bahalaşıb  |     21:45 Bako Sahakyandan etiraf: Silahlar Ermənistandan gəlirdi  |     21:39 Gəncədə məktəbli bıçaqlanıb  |     21:34 Bakının 5 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb  |     21:27 Sabah Kəngərlinin bir hissəsində 3 saat işıq olmayacaq  |     21:22 Lukaşenko yeni hökumət başçısını təyin edib  |     21:16 Peşəkar Çövkən Liqasında yeni mövsümə sabah start veriləcək  |     21:11 Omskın iş adamları Bakıya səfər edəcək  |     21:06 Ermənistan MTX-nın keçmiş əməkdaşı ev dustaqlığına buraxılıb  |     21:00 Sabah 22 dərəcə isti olacaq  |     20:53 Azad olunan ərazilərdə daha 138 mina aşkarlanıb  |    

Uşağın doğulmasına görə birdəfəlik müavinət avtomatlaşdırılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial müavinətlərin elektron təyinatı sisteminin yaradılması işləri çərçivəsində ailələrə uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatının da bu il avtomatlaşdırılması nəzərdə tutulur.

Nazirlikdən verilən məlumata görə, hazırda Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərkibində qurulmaqda olan “Sosial müavinət” altsistemi qeyd olunan birdəfəlik müavinət növünün elektron qaydada təyin olunmasına imkan verəcək.

Nəticədə isə uşağın doğulmasına görə birdəfəlik müavinətin alınması üçün vətəndaşların sənəd toplayaraq quruma müraciət etməsinə ehtiyac qalmayacaq.

“Sosial müavinət” altsistemi aidiyyəti qurumların informasiya sistemlərinə inteqrasiya olunmaqla fəaliyyət göstərəcək. Yeni doğulan uşaqla bağlı məlumat aidiyyəti qurumun informasiya sistemindən əldə olunaraq elektron qaydada birdəfəlik müavinətin təyin olunması və bu barədə həmin ailəyə rəsmi məlumatın göndərilməsi təmin ediləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 442 23.01.19 18:43