Küçələrdə yaşayan tənha qadının ACI talehi -VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:50 Qadınla otelə getdi, başına bakal çırpdı - Məhkəmə qərarı  |     22:41 Keçmiş prezident həbs etmək üçün 7 min polis səfərbər ediləcək  |     22:35 Taksi sürücüsü başqasının kartından 1430 manatı necə çıxarıb? - İki gün sonra ələ keçdi  |     22:27 Yarım milyon vergi borcu olan şirkətin rəhbərinə “stop” qoyuldu  |     22:22 Boksçumuz dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəldi  |     22:16 Vladimir Putin Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif edib  |     22:08 Muzey Mərkəzinin direktoru Liana Vəzirovanın işdən çıxarılmasının səbəbi məlum olub  |     22:03 Dünya Bankı Xəzər dənizinin təmizlənməsi üzrə layihəni maliyyələşdirəcək  |     21:57 Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib  |     21:52 Bakıda mənzillər 11 %-dən çox bahalaşıb  |     21:45 Bako Sahakyandan etiraf: Silahlar Ermənistandan gəlirdi  |     21:39 Gəncədə məktəbli bıçaqlanıb  |     21:34 Bakının 5 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb  |     21:27 Sabah Kəngərlinin bir hissəsində 3 saat işıq olmayacaq  |     21:22 Lukaşenko yeni hökumət başçısını təyin edib  |     21:16 Peşəkar Çövkən Liqasında yeni mövsümə sabah start veriləcək  |     21:11 Omskın iş adamları Bakıya səfər edəcək  |     21:06 Ermənistan MTX-nın keçmiş əməkdaşı ev dustaqlığına buraxılıb  |     21:00 Sabah 22 dərəcə isti olacaq  |     20:53 Azad olunan ərazilərdə daha 138 mina aşkarlanıb  |    

Küçələrdə yaşayan tənha qadının ACI talehi -VİDEO

Günlərlə soyuq havada küçədə qalan yaşlı qadın Bakıda sığınacağa yerləşdirilib.

Median.Az
xezerxeber.az-ın məlumatına görə, 65 yaşlı Zivər Abbasova xeyli müddətdir ki, çətin həyat sürür. Əvvəllər kafe-restoranlarda işləsə də, sonradan fiziki cəhətdən zəiflədiyindən işsiz qalıb. Odur ki, günlərlə küçədə ac-susuz yaşayıb.

Zivər Abbasova həyat yoldaşını 9 il bundan qabaq şəkər xəstəliyi səbəbindən itirib. Sonradan isə özü də bu xəstəliyə tutulub. Soyuq havada küçələrdə gecələməsi onun xəstəliyini daha artırıb.

Zivər Abbasova deyir ki, həyatda yeganə qohumları qardaşının həyat yoldaşı və uşaqlarıdır. Amma onlar yaşlı qadının ata mülkünü sataraq onu küçədə qoyub.

Zivər Abbasova hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində "Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq"da məskunlaşıb. Yaxın günlərdə isə o, qocalar evinə yerləşdiriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 380 23.01.19 13:49