Deputatdan antibiotiklərlə bağlı SOS » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:53 Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub  |     18:49 Yeni ilə 2 dəfə daxil oldular  |     18:31 Bakıda meyit aşkarlanıb  |     17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |     16:50 Şirvanda saxta pul ƏMƏLİYYATI  |     16:44 Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ  |     16:15 Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq  |     15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |     15:17 İranda zəlzələ olub  |     13:49 Əhaliyə göstərilən istilik xidmətinin tarifi dəyişib  |     13:47 2025-ci ilin yayında müqavilələri başa çatan ən bahalı futbolçular - SİYAHI  |     13:41 Azərbaycanda elektrik enerjisinin yeni tarifləri müəyyən edilib  |     13:28 Səudiyyə Ərəbistanı altı İran vətəndaşını edam etdi  |    

Deputatdan antibiotiklərlə bağlı SOS

Autizm sindromlu xəstələrin sayının ildən-ilə artması hər birimizi çox ciddi şəkildə narahat edir və düşündürür.

Median.az
xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Milli Məclisin Səhiyyə komitəsinin 2019-cu il yaz sesiyası üzrə ilk iclasında çıxışı zamanı deyib. Millət vəkili əhalinin sağlamlığı ilə bağlı bir sıra vacib təkliflərlə çıxış edib və autizmli xəstələrin problemlərini qaldırıb:

“Autizm sindromlu xəstələrin sayının ildən-ilə artması hər birimizi çox ciddi şəkildə narahat edir və düşündürür. Bu sahədə həmin uşaqlara, ailələrə dəstək göstərilməsi üçün proqramlara ehtiyac var. Ailələr, valideynlər tərəfindən hər gün çoxlu müraciətlər daxil olur. Bu, çox ciddi məsələdir. İnsanlar, valideynlər övladlarının taleyindən, sağlamlığından ciddi narahatdırlar. Autizm sindromundan əziyyət çəkənlərə diqqət daha da gücləndirilməlidir. Ona görə hesab edirəm ki, bu məsələ ilə bağlı Səhiyyə komitəsində ictimai dinləmələrin təşkil edilməsinə ciddi ehtiyac var”.

Antibiotiklərin satışı və istifadəsi məsələsinə toxunan deputat onların həkim resepti olmadan satılmasının qadağan edilməsini təklif edib:

“Dünyanın bütün inkişaf etmiş ölkələrində antibiotiklərin həkim resepti olmadan satılması qadağandır. Antibiotiklərin həkim nəzarəti olmadan qəbul edilməsi dəhşətli fəsadlar törədir və bu hallar ölkəmizdə getdikcə daha da artır”.

Məsələ ilə bağlı marifləndirmə işlərinə böyük ehtiyac olduğunu vurğulayan millət vəkili əhaliyə və apteklərə çağırış edib:

“Bəzi insanlar və ya ailə üzvləri bir az soyuqlayan və qızdırması olan kimi tez sağalmaq üçün antibiotik alırlar. Bəziləri qonum-qonşusunun tövsiyyəsi ilə alır və dozasının fərqində olmadan istifadə edir. Bölgələrdə bir sıra aptek işçiləri və ya ali tibb təhsili olmayan orta tibb işçiləri də belə məsləhətlərdə təəssüf ki, çox fəal olurlar. Apteklərdə də böyük həvəslə antibiotik məsləhət görən əməkdaşlar az deyil. Antibiotikdən bu cür istifadənin ağır nəticələrini isə az sonra həmin insan ya özü, ya da ailə üzvləri çəkir. Eşitməsində ciddi problem yaranan bir neçə uşağın ailə üzvləri ilə danışanda onlardan bəziləri ağlayaraq öz əlləri ilə uşaqlarına zərər vuduqlarını, antibiotiklərdən doğru istifadə qaydalarından xəbərsiz olduqlarını deyirlər. Təəssüf ki, ağır fəsadı aradan qaldırmaq sonradan çox gec olur. Ona görə insanlarımızı qorumaq üçün antibiotiklərin həkim resepti olmadan satışı qadağan edilməlidir. Xahiş edirəm ki, Səhiyyə komitəsi bu məsələyə böyük diqqət ayırsın. Ayrıca əhalinin bu istiqamətdə geniş marrifləndirilməsi üçün KİV-lər və müvafiq qurumlarla birlikdə işləri daha da artırmalıyıq”.

Q.Paşayeva Hepatit C virusunun yayılması hallarının artmasından narahatlığını da ifadə edib:

“Hepatit C ağır xəstəliklərin əsasını qoyur, üstəlik, müalicəsi çox çətin və bahalıdır. Hepatit C-yə yoluxan insanların bir çoxunun müalicə almaq imkanları çox məhduddur”.

Millət vəkili əhalinin bu istiqamətdə marifləndirilməsini və dövlət dəstəyinin daha da artırılmasını vacib sayıb:

“Hepatit C-nin getdikcə daha da artması bizi ciddi narahat etməlidir. Bu istiqamətdə əhalinin maarifləndirilməsi ilə yanaşı, profilaktik tədbirlərin gücləndirilməsinə ciddi ehtiyac var. Bu tədbirlər virusa yoluxan insanların sayının sürətlə artmasının qarşısının alınmasında vacibdir. Səhiyyə komitəsində bu mövzuda ictimai dinləmələrin olması da işə öz müsbət töhfəsini verə bilər”.

Deputat bütün dünyada olduğu kimi Azərbaycanda da vərəmli xəstələrin sayının artdığını qeyd edib:

“Bu xəstəliyə qarşı güclü mübarizənin aparılması istiqamətində Səhiyyə komitəsində ictimai dinləmələrin aparılması müsbət töhfə verə bilər”.

Q.Paşayeva həmçinin cəmiyyətdə, insanlar arasında depressiya hallarının artmasından dolayı da narahatlığını ifadə edib.

Millət vəkilinin təkliflərini komitə sədri, akademik Əhliman Əmiraslanov dəstəkləyib və qaldırılan məsələlərin diqqətdə saxlanılacğını bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 418 18.01.19 22:48