“20 Yanvar” stansiyası matəm ovqatında tərtib olunacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:31 Bakıda meyit aşkarlanıb  |     17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |     16:50 Şirvanda saxta pul ƏMƏLİYYATI  |     16:44 Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ  |     16:15 Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq  |     15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |     15:17 İranda zəlzələ olub  |     13:49 Əhaliyə göstərilən istilik xidmətinin tarifi dəyişib  |     13:47 2025-ci ilin yayında müqavilələri başa çatan ən bahalı futbolçular - SİYAHI  |     13:41 Azərbaycanda elektrik enerjisinin yeni tarifləri müəyyən edilib  |     13:28 Səudiyyə Ərəbistanı altı İran vətəndaşını edam etdi  |     13:09 Ronaldu gələcəyi ilə bağlı qərar verdi  |     12:23 Yeni il günü fransızlar minə yaxın avtomobili yandırdılar  |    

“20 Yanvar” stansiyası matəm ovqatında tərtib olunacaq

"Bakı Metropoliteni" QSC-də Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq, xüsusi tədbirlər planını təsdiqləyib.

Median.az
xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, yanvar ayının 10-dan başlayaraq, metropolitenin keçidlərin, vestibüllərin, plaftormaların cari təmir, təmizlik işləri görülür, bütün stansiyaların estetik görünüşünün Ümumxalq hüzn Gününün ab-havasına uyğun olması məqsədilə müvafiq tədbirlər yerinə yetirilir:

"Ənənəyə uyğun olaraq, "20 Yanvar" stansiyası həmin gün matəm ovqatında tərtib olunacaq. Gün ərzində bütün stansiyalarda işıqlandırma tam şəkildə təmin ediləcək, mərkəzləşmiş radio şəbəkəsi ilə matəm musiqiləri və marşları yayımlanacaq. Bütün qatarlarda stansiyaların elanı radioinformatorla deyil, maşinistlər tərəfindən mikrofon vasitəsilə veriləcək. Yanvarın 20-də saat 12:00-da planlaşdırılmış şəkildə bütün qatarların stansiyalarda dayandırlaraq 1 dəqiqə müddətində fasiləsiz fit verməsi təmin ediləcək. Həmin anı "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi, kollektivin və ictimaiyyətin nümayəndələri, habelə stansiyaya gələn sərnişinlər "20 Yanvar" stansiyasında şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad edəcəklər".

B.Məmmədov əlavə edib ki, Qanlı Yanvar hadisəsinin 29-cu ildönümündə Bakı metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq: "Bu tarix istirahət gününə təsadüf etsə də, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranacağı təqdirdə, xəttə veriləcək. Ənənəsinə sadiq qalan "Bakı Metropoliteni" QSC-nin çoxminlik kollektivinin nümayəndələri həmin gün şəhidlərimizin əbədi xatirəsinə ehtiramını ifadə edərək, Şəhidlər xiyabanını ziyarət edərək, onların ruhuna dualar oxuyucaq, məzarları önünə təzə-tər güllər düzəcəklər".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 347 18.01.19 19:29