Ailə Məcəlləsinə yeni dəyişikliklər təklif olunur » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:31 Bakıda meyit aşkarlanıb  |     17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |     16:50 Şirvanda saxta pul ƏMƏLİYYATI  |     16:44 Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ  |     16:15 Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq  |     15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |     15:17 İranda zəlzələ olub  |     13:49 Əhaliyə göstərilən istilik xidmətinin tarifi dəyişib  |     13:47 2025-ci ilin yayında müqavilələri başa çatan ən bahalı futbolçular - SİYAHI  |     13:41 Azərbaycanda elektrik enerjisinin yeni tarifləri müəyyən edilib  |     13:28 Səudiyyə Ərəbistanı altı İran vətəndaşını edam etdi  |     13:09 Ronaldu gələcəyi ilə bağlı qərar verdi  |     12:23 Yeni il günü fransızlar minə yaxın avtomobili yandırdılar  |    

Ailə Məcəlləsinə yeni dəyişikliklər təklif olunur

Yanvarın 18-də Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

Komitənin sədri Aqiyə Naxçıvanlı əvvəlcə 2018-ci il payız sessiyasının yekunlarından söz açıb.

Bildirib ki, hesabat dövründə komitənin dörd iclası keçirilib, altı məsələ, o cümlədən, dörd qanun layihəsi müzakirə olunub:

“Müzakirəyə çıxarılan qanun layihələrinin hamısı Milli Məclisdə qəbul olunub”.

Deputatlar komitənin payız sessiyasına dair hesabatını məqbul sayıblar.

İclasda 2019-cu ilin yaz sessiyası üçün komitənin iş planı müzakirə olunub. Müzakirələrdə çıxış edən komitə üzvləri 2019-cu ilin yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə fikirlərini bildiriblər, bir sıra təkliflər veriblər. Sonra komitənin iş planı təsdiqlənib.

Daha sonra Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə edilib.

Qeyd edilib ki, dəyişikliyə əsasən, Ailə Məcəlləsinin 164.1-ci maddəsində “təqdim edildikdə” sözləri “əsasında” sözü ilə əvəz olunur və həmin maddəyə “Bu sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb olunmur” məzmunlu ikinci cümlə əlavə edilir.

Bildirilib ki, Ailə Məcəlləsinin 164.10-ci maddəsinə təklif olunan dəyişiklik Azərbaycan Respublikası prezidentinin 2016-cı il 27 aprel tarixli, 1993 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.4-cü bəndinin icrası ilə bağlı elektron xidmətlərin tətbiqi ilə əlaqədar dövlət orqanları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasının təmin edilməsi məqsədi daşıyır.

Ailə Məcəlləsinə dəyişiklik edilməsi haqqında digər qanun layihəsinə əsasən isə Məcəllənin 166.2-ci maddəsində “valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər” sözləri “uşağın valideyni, qəyyumu, himayəçisi və ya onların notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs” sözləri ilə əvəz edilir.

Bildirilib ki, Ailə Məcəlləsinə təklif olunan dəyişikliklər doğumun qeydə alınmasının notariat qaydada müəyyənləşdirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi məqsədini daşıyır.

Qanun layihələri MM-in plenar iclasına tövsiyə edilib.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            958 18.01.19 18:32