AzTV-nin işdən çıxarılan sədri danışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:27 İki yeniyetməni zorladı, onlardan biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT  |     14:08 ABŞ Çindən bağlamaların qəbulunu dayandırıb  |     13:52 Azərbaycanda DƏHŞƏT: 15 yaşlı oğlan özünü ov tüfəngi ilə öldürdü  |     13:42 Azərbaycanlı futbolçunun Belçika klubuna transferi baş tutmadı - SƏBƏB  |     13:15 ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində NƏ BAŞ VERİR? - Kütləvi ixtisarlar başladı  |     12:57 Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib - SOCAR məlumat yaydı  |     12:41 Polis Yardımlıda əməliyyat keçirdi: Saxlanılanlar var  |     12:40 FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  |     12:39 Bakıda iki avtomobil toqquşdu: Üç nəfər öldü  |     12:39 Ağstafada hərbçilər dəm qazından zəhərləniblər  |     12:36 Jurnalist Şəmşad Ağa saxlanıldı  |     12:35 "ChatGPT" yaradıcısından möhtəşəm yenilik: Smartfonları əvəz edəcək qadcet hazırlanır  |     12:33 "Buzlaqlar sürətlə əriyir" - Britaniyalı alim  |     12:27 Qulaqlarda cingiltinin səbəbləri nələrdir? - Həkim açıqlayır  |     12:27 FIDE-dən Karlsenin turnirində iştirak edən şahmatçılara ULTİMATUM  |     12:25 Siqaret çəkməyənlər arasında ağciyər xərçəngi artmaqda davam edir  |     12:24 "Yuventus" Kenan Yıldıza qiymət qoydu  |     12:23 Ölmüş toxumaları "dirildən" material icad edildi  |     12:13 ABŞ-də it döyüşləri təşkil edən kişiyə 475 il həbs cəzası verildi  |     12:10 İspaniyalı hakimlər "Real Madrid"in hədiyyələrindən imtina ediblər  |    

AzTV-nin işdən çıxarılan sədri danışdı

Ölkə başçısının 15 yanvar 2019-cu il tarixli sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri vəzifəsindən azad olunmuş Arif Alışanov Modern.az-a açıqlama verib.

Median.Az
xəbər verir ki, keçmiş sədr ölkə başçısının qərarının müzakirə olunmadığını bildirib:

“Cənab prezidentin sərəncamı müzakirə olunmur. Biz bir daha cənab prezidentə təşəkkür edirik. Ölkə başçısı hər şeyi hamıdan yaxşı bilir”.

A.Alışanov hazırda AzTV-də sədr səlahiyyətlərini icra edən jurnalist Rövşən Məmmədovla bağlı fikirlərini də bölüşüb:

“Biz ölkə başçısına bir daha təşəkkür edirik ki, yeni sədr kimi AzTV-nin yetirməsi olan Rövşən Məmmədova etimad göstərib. Rövşən çox tərbiyəli, bacarıqlı, siyasi hazırlıqlı jurnalistdir. Cənab prezidentə təşəkkür edirik ki, işlərin davam etdirilməsi üçün kollektivimizdən birini seçib”.

A.Alışanov bundan sonra AzTV-də hər hansı bir vəzifədə fəaliyyətini davam etdirib-etdirməyəcəyi barədə suallara da aydınlıq gətirib:

“Sədr kimi vəzifədən getmişəmsə, orada qala bilmərəm. Mən iqtisadçıyam, işlərimi bu istiqamətdə davam etdirəcəyəm”.

Tərcümeyi-halında bildirilir ki, Arif Nizam oğlu Alışanov 30 iyul 1960-cı ildə Bakı şəhərində anadan olub. 45 saylı orta məktəbdə və D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun Mühasibat uçotu, iqtisadiyyat və təsərrüfat fəaliyyətinin analizi fakültəsində təhsil alıb, 1984-cü ildə iqtisadçı ixtisasına yiyələnib. Sonrakı dövrdə Azərbaycan Jurnalistlər İttifaqının Jurnalist Sənətkarlığı İnstitutunu, Bakı Ali Partiya Məktəbinin İdeoloji kadrlar fakültəsini bitirib.

Ali təhsil almaqla yanaşı, 1977-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işə başlayıb. Ordu sıralarında hərbi xidmət keçdikdən sonra yenidən AzTV-də əmək fəaliyyətini davam etdirib.

1981-ci ildən şöbə müdiri, idarə rəisi, baş idarə rəisi, 1997-ci ildən Texniki-İstehsalat Birliyinin direktoru vəzifələrində çalışıb. 17 may 2001-ci ildən həmin birliyin direktoru vəzifəsi saxlanılmaqla Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti sədrinin texnika üzrə müavini işləyib.

28 mart 2005-ci ildə dövlət başçısının sərəncamı ilə “Azərbaycan Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, 16 avqust 2006-cı ildə isə sədr vəzifələrinə təyin olunub.

Arif Alışanov 2010-cu ilin noyabrında keçirilən parlament seçkiləridə 45 saylı Abşeron seçki dairəsindən Milli Məclisə deputat seçilib. 2015-ci ildə deputat səlahiyyətləri başa çatıb.

İqtisad elmləri namizədidir. Türk və rus dillərini bilir.

Evlidir, üç övladı var.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 402 18.01.19 13:41