İspaniyalı hakimlər "Real Madrid"in hədiyyələrindən imtina ediblər » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:44 Birinci Qarabağ müharibəsinin daha üç şəhidi dəfn olunacaq  |     14:27 İki yeniyetməni zorladı, onlardan biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT  |     14:08 ABŞ Çindən bağlamaların qəbulunu dayandırıb  |     13:52 Azərbaycanda DƏHŞƏT: 15 yaşlı oğlan özünü ov tüfəngi ilə öldürdü  |     13:42 Azərbaycanlı futbolçunun Belçika klubuna transferi baş tutmadı - SƏBƏB  |     13:15 ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində NƏ BAŞ VERİR? - Kütləvi ixtisarlar başladı  |     12:57 Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib - SOCAR məlumat yaydı  |     12:41 Polis Yardımlıda əməliyyat keçirdi: Saxlanılanlar var  |     12:40 FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  |     12:39 Bakıda iki avtomobil toqquşdu: Üç nəfər öldü  |     12:39 Ağstafada hərbçilər dəm qazından zəhərləniblər  |     12:36 Jurnalist Şəmşad Ağa saxlanıldı  |     12:35 "ChatGPT" yaradıcısından möhtəşəm yenilik: Smartfonları əvəz edəcək qadcet hazırlanır  |     12:33 "Buzlaqlar sürətlə əriyir" - Britaniyalı alim  |     12:27 Qulaqlarda cingiltinin səbəbləri nələrdir? - Həkim açıqlayır  |     12:27 FIDE-dən Karlsenin turnirində iştirak edən şahmatçılara ULTİMATUM  |     12:25 Siqaret çəkməyənlər arasında ağciyər xərçəngi artmaqda davam edir  |     12:24 "Yuventus" Kenan Yıldıza qiymət qoydu  |     12:23 Ölmüş toxumaları "dirildən" material icad edildi  |     12:13 ABŞ-də it döyüşləri təşkil edən kişiyə 475 il həbs cəzası verildi  |    

İspaniyalı hakimlər "Real Madrid"in hədiyyələrindən imtina ediblər

İspaniyalı hakimlər bu ilin yanvarından "Real Madrid"in ənənəvi hədiyyələrindən imtina ediblər.

Median.Az
"Marca"ya istinadən xəbər verir ki, etiraz aksiyasının başladılmasına Madrid klubunun televiziyasının müntəzəm şəkildə hakimlərin işi haqqında videolar yayımlaması səbəb olub.

Videolarda hər dəfə "Kral klubu"nun xeyrinə olmayan qərarlar şübhə altına alınaraq kəskin tənqid edilir.

Hədiyyələrdən ilk olaraq Səudiyyə Ərəbistanında keçirilən İspaniya Superkuboku matçlarında fit çalan hakimlər - Rikardo de Burqos Benqoeçea və Xesus Xil Mansano imtina ediblər. Ardınca ölkə çempionatı və kuboku oyunlarında idarəçilik edən bəzi hakimlər də eyni addımı atıblar.

Yerli KİV-lərin bildirdiyinə görə, bu aksiya yalnız hakimlərin təşəbbüsü ilə keçirilir. Yəni İspaniya Kral Futbol Federasiyasının Hakimlər Komitəsinin mövqeyi ilə heç bir əlaqəsi yoxdur, həmçinin qurumla razılaşdırılmayıb.

Qeyd edək ki, bir çox ölkələrdə uzun illərdən bəri hakimlərə klub rəmzlərinin verilməsi ənənəsi var. Sözügedən hədiyyələr adi nişanlar, vımpellər, dəsmallar və loqolu köynəklər kimi bahalı olmayan əşyalardır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            111 05.02.25 12:10