FIDE-dən Karlsenin turnirində iştirak edən şahmatçılara ULTİMATUM » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:45 Bakıda oğlan sevgilisini şantaj etdi: Polisdən ƏMƏLİYYAT  |     14:44 Birinci Qarabağ müharibəsinin daha üç şəhidi dəfn olunacaq  |     14:27 İki yeniyetməni zorladı, onlardan biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT  |     14:08 ABŞ Çindən bağlamaların qəbulunu dayandırıb  |     13:52 Azərbaycanda DƏHŞƏT: 15 yaşlı oğlan özünü ov tüfəngi ilə öldürdü  |     13:42 Azərbaycanlı futbolçunun Belçika klubuna transferi baş tutmadı - SƏBƏB  |     13:15 ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində NƏ BAŞ VERİR? - Kütləvi ixtisarlar başladı  |     12:57 Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib - SOCAR məlumat yaydı  |     12:41 Polis Yardımlıda əməliyyat keçirdi: Saxlanılanlar var  |     12:40 FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  |     12:39 Bakıda iki avtomobil toqquşdu: Üç nəfər öldü  |     12:39 Ağstafada hərbçilər dəm qazından zəhərləniblər  |     12:36 Jurnalist Şəmşad Ağa saxlanıldı  |     12:35 "ChatGPT" yaradıcısından möhtəşəm yenilik: Smartfonları əvəz edəcək qadcet hazırlanır  |     12:33 "Buzlaqlar sürətlə əriyir" - Britaniyalı alim  |     12:27 Qulaqlarda cingiltinin səbəbləri nələrdir? - Həkim açıqlayır  |     12:27 FIDE-dən Karlsenin turnirində iştirak edən şahmatçılara ULTİMATUM  |     12:25 Siqaret çəkməyənlər arasında ağciyər xərçəngi artmaqda davam edir  |     12:24 "Yuventus" Kenan Yıldıza qiymət qoydu  |     12:23 Ölmüş toxumaları "dirildən" material icad edildi  |    

FIDE-dən Karlsenin turnirində iştirak edən şahmatçılara ULTİMATUM

Beynəlxalq Şahmat Federasiyası (FIDE) "Freestyle Chess Grand Slam Tour"da iştirak etməyi planlaşdıran idmançıların 4 fevral tarixinədək alternativ dünya çempionatlarında iştirakdan imtina sənədini imzalamalı olduqlarını bildirib. Bu, şahmatçılara FIDE dünya çempionu adına namizəd olmaq hüququnu saxlamağa imkan verəcək.

Median.Az
bu barədə "Kommersant" qəzetinə istinadən məlumat verir.

Bildirilir ki, FIDE sözügedən turnirin dünya çempionatı kimi təqdim edilməsindən narazıdır. Tərəflər əməkdaşlıq barədə razılığa gələ bilməyiblər.

"Freestyle Chess Tour" təşkilatçıları FIDE-nin dünya çempionu titulu ilə bağlı mövcud avtoritetini tanımamağa, həmçinin açıq və şəffaf kvalifikasiya prosesi keçirmək əvəzinə, əsasən diqqətlə seçilmiş elit oyunçuların iştirak etdiyi özəl turnir olaraq qalmağa qərar veriblər", - deyə federasiyanın mətbuata açıqlamasında deyilir.

Qeyd edək ki, "Freestyle Chess Grand Slam Tour"un təşkilatçıları şahmatçı Maqnus Karlsen və alman investor Yan Henrik Büttnerdir.

"Freestyle Chess Tour" "Fişer" şahmatı formatında turnir seriyasıdır. Burada fiqurların düzülüşü oyundan əvvəl təsadüfi püşk atma ilə müəyyən edilir. Təşkilatçılar ən çox xal toplayan şahmatçını dünya çempionu elan edirlər.

Son illər ərzində Karlsenin FIDE ilə bir neçə münaqişəsi olub. 2022-ci ildə federasiya çempionluq matçının formatında radikal islahatlarla bağlı təkliflərini rədd etdikdən sonra Karlsen dünya çempionu titulundan imtina edib. O, 2024-cü ilin dekabrında geyim qaydaları ilə bağlı münaqişəyə görə rapid və blits çempionatını tərk edib. Şahmatçı o zaman "özünü FIDE ilə müharibə vəziyyətində" hiss etdiyini bəyan edib.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            192 05.02.25 12:27