Mübarizi təhqir edən psixoloq: ermənilər düşmənim deyil - FOTO + VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:33 İsrail Suriyanın tank bazasına zərbələr endirib  |     20:43 Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir  |     19:57 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:19 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:07 Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA  |     18:53 Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub  |     18:49 Yeni ilə 2 dəfə daxil oldular  |     18:31 Bakıda meyit aşkarlanıb  |     17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |     16:50 Şirvanda saxta pul ƏMƏLİYYATI  |     16:44 Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ  |     16:15 Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq  |     15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |    

Mübarizi təhqir edən psixoloq: ermənilər düşmənim deyil - FOTO + VİDEO

Özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzadə adlı xanım yəqin ki, məşhurlaşmaq naminə atdığı addımla azərbaycanlıların nifrətini öz üzərinə çəkib.


Nərmin Şahmarzadə milli qəhrəmanımız və qürur yerimiz olan Mübariz İbrahimovu “cinayətkar və qatil” adlandırıb.

O, sosial şəbəkə hesabında ciddi etirazlara səbəb olan statusunda bildirib ki, döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükəsi olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır:

“Bəlkə də öldürdüyü erməni əsgəri bütün proseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi. Əslində, qəhrəman dediyimiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır”.

Bu da azmış kimi bu xanım ermənilərə xüsusi simpatiyasını əks etdirib. Sosial şəbəkələrdə onlarla yazışıb.


Sosial şəbəkələrdə təhqir və tənqidlə üzləşən Nərmin Şahmarzadə daha sonra video paylaşaraq, erməniləri özünə düşmən hesab etmədiyini söyləyib, və bununla da, izləyiciləri daha da qəzəbləndirib.

Sözsüz ki, sosial şəbəkələrdə öz millətinə qarşı ifadələr işlədən bu xanım düşmən dəyirmanına su tökdüyü üçün ermənilər tərəfindən rəğbətlə qarşılanacaq.

Median.Az
00:00
00:00

    //oxu.az

    скачать dle 11.3




    Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




                12 143 15.12.18 13:59