Sabaha olan hava proqnozu » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:06 Rusiyada Araz Ağalarova qarşı icraat başladılıb  |     22:48 Çin şirkəti ChatGPT-nin süni intellekt sahəsində üstünlüyünü zəiflədir - WSJ  |     22:46 AZAL təyyarəsinin vurulmasına dair yeni DETALLAR  |     22:01 Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı  |     21:57 Azərbaycanda bir qrup şəxsə aylıq müavinətin verilməsi DAYANDIRILDI  |     21:34 Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət veriləcək  |     21:26 Əli Əsədov Ersin Tatar ilə əməkdaşlıq məsələlərini müzakirə edib  |     21:14 Ermənistan Rusiya dondurmasının idxalına qadağa qoydu  |     20:46 "Qaynana" və digər 4 restoran cərimələndi  |     20:43 Şəxsiyyət vəsiqələrinin forması dəyişəcək  |     20:14 Azərbaycanın turizm imkanları Asiya ölkələrində təbliğ ediləcək  |     20:10 Bu il ilk dəfə Şuşa və Ağdamda qanvermə aksiyası keçiriləcək  |     20:03 Gürcüstandan çox sayda əcnəbi deportasiya edilib, azərbaycanlı da var  |     19:58 Sabah hava küləkli olacaq  |     19:52 Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul qaydası açıqlanıb  |     19:45 Son iki ayda 16 nəfər qarpızdan zəhərlənib  |     19:39 KTM: Ötən ay 100 nəfərə yaxın insan zəhərlənib, 3-ü ölüb  |     19:31 Nəhəng aviaşirkətin müştəri bazası haker hücumuna məruz qalıb  |     19:25 FES sentyabradək faiz dərəcəsini azalda bilər  |     19:17 Süveyş körfəzində qazma qurğusu batıb, ölənlər var  |    

Sabaha olan hava proqnozu

Noyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturu gecə 6-9, gündüz 12-14, Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 faiz olacaq.

Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir.

Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti təşkil edəcək.

Noyabrın 29-u günün ikinci yarısından 30-u gündüzədək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 219 28.11.18 14:09