Tanınmış jurnal “National Geographic” şəxsi “Instagram” hesabında Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin əks olunduğu fotonu paylaşıb.
Paylaşımda kəndin ermənilərdən azad olunmasından sonra çiçəklənməsindən danışılıb.
Qeyd edilib ki, Cocuq Mərcanlı kəndində evlər, məktəblər və idman kompleksləri tikilib. Bundan başqa, paylaşımda erməni işğalı altında olan zaman kənddə heç kimin yaşamadığına diqqət çəkilib.